İnsan beyninin ən aydın görüntüsü dərc olunub - VİDEO
Elm adamları insan beyninin ən aydın görüntüsünü dərc ediblər. Şəkli dünyanın ən güclü maqnit rezonans tomoqrafiya (MRT) cihazı ilə əldə etmək mümkün olub.
Fotonu Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) yayımlayıb.
Bildirilib ki, "Iseult" adlı MRT cihazı ilə çəkilən şəkil 20 ildən çox davam edən araşdırma nəticəsində əldə olunub.
Araşdırmalar çərçivəsində MRT cihazının son bir neçə ayda təxminən 20 sağlam könüllü üzərində sınaqdan keçirildiyi və ən aydın beyin görüntüsünün təxminən dörd dəqiqə ərzində əldə edildiyi ifadə edilib.
Açıqlamada qeyd olunub ki, 11,7 Tesla maqnit gücünə malik "Iseult" cihazı ilə qısa müddətdə çəkilən görüntüləri xəstəxanalarda istifadə edilən cihazlarla əldə etmək saatlar çəkə bilər.
Məlumata görə, araşdırmalar daha bir neçə il davam edəcək.
Elm adamları bildiriblər ki, onların məqsədləri 2026-2030-cu ilə qədər psixiatriya sahəsində şizofreniya və bipolyar pozğunluq, həmçinin neyrodegenerativ kimi bir çox xəstəlikləri araşdırmaqdır.
"Iseult" ilə əldə edilən ultra detallı anatomik məlumatların Altsheymer və Parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1310 Tarix: 04 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə "otaqda kimsə var" hissi niyə yaranır? - Maraqlı səbəb
Arxası üstə yatmaq yuxu iflicinin yaranma ehtimalını artıra bilər. Bu zaman insan şüurlu olsa da, hərəkət edə və danışa bilmir. xəbər verir ki, bu barədə -ya açıqlamasında nevroloq Mariya Lavrenova bildirib. Onun sözlərinə görə, yuxu iflici şüurla hərəkət arasında qısamüddətli uyğunsuzluq nəticəsind
16 martGenlər deyil: Mədəniyyət insanı necə qlobal gücə çevirdi?
İnsanlar bütün dünyaya elə sürətlə yayılıblar ki, bu göstərici heç bir digər vəhşi onurğalı ilə müqayisə edilə bilməz. Biz səhralarda, tropik meşələrdə, yüksək dağlıq ərazilərdə və sərt soyuq şəraitdə yaşayırıq. Əksər heyvanlar bu müxtəlifliyin kiçik hissəsinə belə uyğunlaşa bilmir. Bəs bu, bir növ üçü
20 martDediklərinizə diqqət edin - Dinləyirlər
Novruz bayramında edilən maraqlı adətlərdən biri qulaq falıdır. Bu, gənclər arasında yayılmış qədim xalq inancıdır. "Qafqazinfo" xəbər verir ki, kimsə xüsusən İlaxır çərşənbədə gizlicə qonşuların və ya yoldan keçənlərin söhbətini dinləyir. Eşitdiyi ilk söz və ya cümlə onun niyyətinə, gələcəyin
17 martAdını dəyişmək istəyənlərə MƏHDUDİYYƏTLƏR: Kimlərə "yox" deyilir?
Adın dəyişdirilməsi haqqında ərizənin icra müddəti qanunvericiliklə tənzimlənmir. Təcrübəyə görə bu müddət təxminən 2-3 ay davam edir. Lakin hər kəs ad, soyad və ya ata adını dəyişmək hüququna malik deyil. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:. Ad insanın kimliyidir. Laki
22 martMental sağlamlıq üçün "qara siyahı": Hansı üç qidadan uzaq durmalıyıq?
Mental (psixi) problemlər zamanı rasionda üç növ qidanı məhdudlaşdırmaq zəruridir. Çünki bu qidalar narahatlıq hissinin güclənməsi üçün ideal "yanacaq" rolunu oynayır. "El Confidencial" nəşrinə istinadən xəbər verir ki, bu barədə həkim Karlos Xaramilyo bildirib. Mütəxəssis iddia edi
17 martYaponlar niyə gecələr mətbəx çanağına duz tökürlər?
Yaponiyada təmizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsi hesab olunur. Son dövrlərdə diqqət çəkən vərdişlərdən biri gecə saatlarında çanağa duz tökülməsidir. Bəs bu tətbiqin arxasında hansı səbəblər dayanır?. xəbər verir ki, Yaponiyada ev təmizliyində çox vaxt baha başa gələn kimyəvi maddələ
22 mart