Təlimdə həlak olan hərbçimiz dəfn olundu - Fotolar
Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi keçirilib.
"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Quba şəhərinin "Dəvədabanı" yaşayış massivində mərhumun ailəsinin yaşadığı evdə təşkil olunan vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əsgərin tabutuna bükülən üçrəngli Azərbaycan bayrağını mərhumun atası Kamal Xələfova təqdim edib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Xələfov Saleh Kamal oğlu təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olub. Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Xatırladaq ki, S.Xələfov Quba rayonunun Əlik kəndində anadan olub. Ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1158 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA
28 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabrPaytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər
28 sentyabrBakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabr