Erməni KİV: "Paşinyan Brüsseldə istədiyini almadı, partiyası məyus oldu"
Ermənistanın hakim Vətəndaş Sazişi Partiyası aprelin 5-də Brüsseldə baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel arasında keçirilən görüşün nəticəsindən şoka düşüb.
Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Qeyd olunub ki, Paşinyan Brüsseldə istədiyini almayıb.
Məqalədə bildirilib ki, hakim partiya Avropa İttifaqı və ABŞ-dən milyardlarla dollar yardım gözləyirdi, ancaq növbəti dörd il üçün yalnız 350 milyon avro və qrant şəklində dəstək vəd edilib.
"Qərbin Ermənistanın mövcud hökumətinin "fədakarlıqlarını" qiymətləndirmədiyinə görə Vətəndaş Sazişi məyus olub. Dünən hakimiyyət dairələri bir-birinə təsəlli verirdilər. Onlar Nikol Paşinyanın hansısa gizli razılaşmaya nail olduğuna ümid edirlər. Buna görə Paşinyanla görüşü və məsələnin aydınlaşdırılmasını səbirsizliklə gözləyirlər", - nəşr yazıb.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 939 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA
28 sentyabrBakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ
Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat
29 sentyabrPaytaxtın bu qəsəbələrində ev və torpaqlar bahalaşa bilər: Səbəb AÇIQLANDI
Bakıətrafı qəsəbələrdə dəmir yolu infrastrukturunun genişləndirilməsi nəqliyyat imkanları ilə yanaşı, daşınmaz əmlak bazarına da təsir göstərə bilər. 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında nəzərdə tutulan layihələrin reallaşması həmin ərazilərdə torpaq və mənzillərə tələbatı artıra bilər
28 sentyabrBakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - Video
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib. Bu isə o deməkdir ki, evlərin hər biri plandadır. Sakinlər bildirib ki, ərazidəki 18 evə görə 2700 manatdan kompensasiya təkli
29 sentyabr