Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"
Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.
O bildirib ki, İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına cavab verir.
"Qazaxıstan sülhməramlı təşəbbüslərin dəstəkçisi kimi regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır", - deyə vurğulayıb.
Xatırladaq ki, aprelin 15-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana səfər edəcək.
Səfər zamanı onun Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla görüşü nəzərdə tutulub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 783 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAzərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabr