UNDP-nin Azərbaycanda investisiya yatırmağa ehtiyac duyduğu sahələr açıqlanıb
BMT-nin İnkişaf Proqramı (UNDP) hesab edir ki, Azərbaycanda bu gün xüsusi ilə tullantı sektorunda, su idarəçiliyi sahəsində investisiyaların yatırılması aktual hesab edilə bilər.
Bunu "Report"a açıqlamasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib.
"Həm tullantı sektoru, həm də su idarəçiliyi üzrə işğaldan azad edilmiş ərazilərdə kifayət qədər işlərin görülməsinin nəzərdə tutulduğunu əsas götürsək, investorların bu istiqamətlərə cəlb edilməsi növbəti illərdə baş tutacaq", - deyə o vurğulayıb.
H.Hüseynovun sözlərinə görə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsi məqsədilə yaradılmış "DİM İnvestor Xəritəsi" ("SDG İnvestor Map") artıq hazırlanıb və təqdim edilib: "UNDP ilə Azərbaycan hökuməti arasında təxminin bir illik dövrü əhatə edən bir layihə icra olunub. Bu, inteqrə olunmuş maliyyə çərçivəsinin müəyyənləşdirilməsi ilə bağlı layihə idi və bu çərçivədə iki mühüm sənəd hazırlanıb. Bunlardan biri inkişafın maliyyələşdirilməsi üçün yol xəritəsinin hazırlanması idi. İkinci istiqamət isə DİM İnvestor xəritəsinin hazırlanması olub. İnvestor Xəritəsi BMT-nin İnkişaf Proqramının Özəl Sektorla bağlı İstanbul Regional Mərkəzi və İqtisadiyyat Nazirliyinin xətti ilə hazırlanıb" .
Nazirlik rəsmisi qeyd edib ki, növbəti mərhələdə İqtisadiyyat Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birlikdə bu sənədlə bağlı həm daxili, həm də xarici investorlar, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və ölkələrin diplomatik korpusları üçün maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 593 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabr37 yaşlı yeni başçının - Dosyesi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada
28 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrMƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA
Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların
27 sentyabrJurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Jurnalist Əvəz Zeynallının dəfn yeri məlum olub. xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. "Əvəz Zeynallının cənazəsi sabah saat 11.00-da öz evindən - Binəqədi rayonu, Batabat küçəsindən götürüləcək və Kürdəxanı qəbiristanlığında dəfn ediləcək", - deyə vəkil qeyd edib
28 sentyabrƏmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT
Mənzil kirayələmək istəyən vətəndaş özünü makler kimi təqdim edən şəxsin 100 manat beh alaraq onu aldatdığını iddia edir. -ın redaksiyasına daxil olan şikayətə görə, Samir Abdullayev adlı şəxs kirayə mənzillə bağlı elan yerləşdirib. Şəxs mənzili başqasına verməmək və saxlatmaq bəhanəsi ilə vətəndaşda
29 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabr