Azərbaycanda xərçəng xəstələri dövlət hesabına müalicə OLUNACAQ? - ARAŞDIRMA

Azərbaycanda xərçəng xəstələri dövlət hesabına müalicə OLUNACAQ? - ARAŞDIRMAGürcüstanda bütün xərçəng xəstələrinin müalicəsini dövlət maliyyələşdirəcək. Bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib. Nazir müavini deyib ki, gəliri və sığortasından asılı olmayaraq, bu xəstələrin müalicəsini dövlət öz üzərinə götürür.

Azərbaycanda da xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı az deyil. Müalicə prosesi və dərman preparatlarının bahalı olması pasiyentlərə bu xəstəlikdən xilas olmağa çətinlik yaradır. Bəs qonşu dövlətdə xərçəng xəstələri üçün edilən bu dəstək proqraı Azərbaycanda da tətbiq oluna bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla billdirib ki, onkoloji xəstələrin müalicəsi ilə bağlı dövlət proqramı mövcuddur:
Azərbaycanda xərçəng xəstələri dövlət hesabına müalicə OLUNACAQ? - ARAŞDIRMA"Bu proqram vərəmli, diabetli, SPID virusu və onun daşıyıcıları dövlət proqramı ilə müalicə olunur. Amma artıq icbari tibbi sığorta ölkədə tətbiq olunduğu andan bəri onun fəaliyyət dairəsi genişlənir. Bu baxımdan ayrı-ayrı sahələr dövlət proqramından çıxarılaraq "İcbari tibbi sığorta"nın tərkibinə verilməsi ilə bağlı müzakirələr başlayıb. Artıq bu məsələ aktuallaşıb. Bir neçə dəfə Milli Məclisin özündə belə bu məsələ qaldırılıb. Onkoloji xəstələrin sosial müdafiəsini daha da möhkəmlənməsi üçün onların icbari tibbi sığorta paketinə daxil edilməsi məqsədəuyğun olardı".

Ekspertin sözlərinə görə, burada bir məsələni nəzərə almaq lazımdır. Bəzi xəstələrin müalicə xərclərində bir sıra problemlər var. Bu immun terapiyada, bir sıra preparatların özləri xeyli bahalıdır. Bunların tətbiqi birbaşa dövlət büdcəsi ilə maliyyələşərsə, bu bir sıra xərclər tələb edir:

"Həmin xərclər hesablanmalı və araşdırmalıdır. Ayrılan vəsait həmin preparatların və xəstələrin müalicəsini ödəyib ödəməyəcəyi ilə bağlı analizlər aparılmalıdır. Ola bilər ki, bu period vətəndaş və dövlət arasında bölünsün. Hər halda düşünürəm ki, bununla bağlı iqtisadçılar müəyyən işlər görməli və bu problemlər dəqiqləşdirilməlidir. Bir il əvvəlki statistikadakı xərclər təxmin edilərək müəyyən bir proqnoz ortaya qoyula bilər. Bununla da onkoloji xəstələrin tədricən dövlət nəzarətinə keçməsi və müalicəsi zamanın tələbidir. Bu nə vaxtsa həyata keçirilməlidir. Bunun yerinə yetirilməsi ayrılan vəsaitin nə dərəcədə qarşılaşmasından asılı olacaq".

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ümumiyyətlə Azərbaycanda onkoloji xəstələrin dövlət vəsaitləri hesabına müalicə olunması, dərman vasitələri ilə təmin edilməsi təcrübəsi mövcuddur:
Azərbaycanda xərçəng xəstələri dövlət hesabına müalicə OLUNACAQ? - ARAŞDIRMA"Dərman vasitələri ilə əlaqədar bir sıra qərarlar 2007-ci ildən təsdiq olunub. Burada 120-dən çox dərman vasitəsi mövcuddur. Eyni zamanda dövlət xəstəxanaları bu istiqamətdə fəaliyyət göstərir. Dövlət vəsaitləri hesabına maliyyələşir. Təcrübə onu göstərir ki, bu sahədə mövcud olan çatışmazlıqlar, qeyri-şəffaflıq, bürokratik problem bir çox hallarda xəstələrin əhəmiyyətli hissəsinin xəstənin üzərinə düşməsi ilə nəticələnir. Bu da haqlı olaraq müəyyən narahatlıqlar yaradır. Dünya təcrübəsi göstərir ki, bu kimi böyük xərc yükü tələb edən xəstəliklər dövlət hesabına müalicəsi mexanizmi formalaşdırılır".

Ekspert deyib ki, son dövrlərdə Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinin "İcbari Tibbi Sığorta" sisteminə daxil edilməsi ilə bağlı təşəbbüslər var:

"Səhiyyə Nazirliyinin bu istiqamətdə "İcbari Tibbi Sığorta" bürosu ilə əməkdaşlığı çərçivəsində qiymətləndirmələr aparılır. Əgər müvafiq qərar qəbul edilərsə və onkoloji xəstəliklər bu siyahıya daxil edilərsə sözügedən istiqamətdə çatışmazlıqların əhəmiyyətli hissəsi aradan qalxmasına gətirib çıxara bilər. Əlbəttə ki, bunun üçün kifayət qədər maliyyə təminatlı ölkəyik. Azərbaycanda onkoloji xəstəliklər üzrə xüsusi qanunvericilik var. Burada dövlət təminatını nəzərdə tutan öhdəliklərdə var. Bu öhdəlikləri nəzərə alsaq, qanunvericilik çərçivəsində bu xəstəliklərin dövlət vəsaitləri hesabına tam müalicə olunması mexanizminin yaradılması dövlət qarşısında duran vəzifələrdəndir".

Xatırladaq ki, proqramın iştirakçısı olmaq üçün qan testi, əlavə görüntüləmə tədqiqatları, kompüter tomoqrafiyası və skanlardan keçmək tələb olunur. Dərmanların təyin edilməsi üçün genetik test də tələb oluna bilər.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1367   Tarix: 15 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi

28 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr
.

44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU

27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal

28 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr