"Bəzi dövlətlər Ermənistanı silahlandıraraq regionda məqsədyönlü və planlı şəkildə gərginlik yaratmağa çalışırlar" - DEPUTAT
"Sərhəddə törədilən təxribatlar Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbədir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
"Bu gün Ermənistan Azərbaycandan fərqli olaraq 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin bəndlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ermənistanın sərhəddə təxribatlara əl atmasının əsas məqsədi sülh sazişindən imtinadır. Sülh müqaviləsindən imtina Ermənistan dövlət kimi varlığını şübhə atına sala bilər. Törədilən təxribatların Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bizdə müəyyən sualların yaranmasına səbəb olur. Cənubi Qafqazda dayanıqlı sülhün və əmin-amanlığın bərqərar olması Ermənistanın sülh sazişinin imzalaması vacibdir. Təəssüf ki, rəsmi İrəvan 30 il ərzində olduğu kimi bu gün də sülh prosesin bloklanmasına cəhd göstərir. Nikol Paşinyanın açıqlamaları və atdığı addımlar sülh prosesinin arxa plana keçirildiyindən xəbər verir. Son günlər sərhəddə baş verən təxribatlar bunu bir daha sübut edir".
Deputat qeyd edib ki, Ermənistan qeyd-şərtsiz sülh müqaviləsini imzalamalı, Qazaxın 7 kəndini və Kərkini Azərbaycana geri qaytarmalıdır:
"Görünən odur ki, Ermənistan 44 günlük Vətən müharibəsi zamanı darmadağın edilmiş ordusunu yenidən bərpa edərək, silahlandırmaq planları qurub. Heç şübhəsiz ki, Avropa İttifaqının və ABŞ-ın Ermənistana ayırdığı vəsait də bu istiqamətdə istifadə olunacaq. Bu gün bəzi dövlətlər Ermənistanı silahlandıraraq regionda yenidən müharibəni alovlandırmağa, düşünülmüş, məqsədyönlü və planlı şəkildə gərginlik yaratmağa çalışırlar. Azərbaycan nə Ermənistana, nə də havadarlarına regionda vəziyyəti yenidən gərginləşdirməyə icazə verməyəcək. Yaxşı olardı ki, Ermənistan ağlını başəına yığsın və Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalasın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 956 Tarix: 15 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabr2027-ci ildə pensiyalar nə qədər arta bilər?
2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"
27 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabrSabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabr44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU
27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal
28 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr