Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA
Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağı qayğısına qalmaq Ailə Məcəlləsində, həm də Konstitusiyada olan bir öhdəlikdir. Valideyn əgər alimenti ödəməkdən böyün qaçırırsa, ona cərimələr və yaxud bir aya qədər həbs cəzası müəyyən olunur. Əgər inzibati məsuliyyətdən sonra yenidən həmin şəxs alimenti ödəməkdən boyun qaçırırsa, cinayət məsuliyyəti yarana bilir. Cinayət məsuliyyəti zamanı cərimələr, 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Bu baxmdan uşaqlara ödənilən aliment qaydaları məlumdur. Mövzunun başqa bir tərəfi daha var. Aliment uşağa yetkinlik çatana qədər ödənilir. Bəs yetkinlik yaşına çatmış övlad valideynə aliment ödəyə bilərmi?
Mövzu ilə bağlı hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Sonxeber.az-a açıqlama verib:
"Ailə Məcəlləsinə görə yetkinlik yaşına çatmış övlad maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan ailələrini saxlamağa, onlara qayğı göstərməyə borcludur. Bu məhkəmə qaydasında olur. Bununla bağlı olaraq valideynlər könüllü sazişdə bağlaya bilərlər. Bu olmadıqda isə valideyn məhkəməyə müraciət edə bilər. Məhkəmə hər bir övladın ondan tutulan məbləği, maddi və ailə vəziyyətini, maraqlarını nəzərə almaqla hər ay sabit pul məbləği müəyyən edir. Bu qayda mümkündür. Burada başqa bir məsələ var. Uşaqlar valideynlik hüququndan məhrum edilən valideynlərə aliment ödəməli deyil. Bu əsas vacib məqamdır. Elə hallar olub ki, uşağa baxmadığına görə, valideynlər bu hüquqdan vaxtilə məhrum edilib. Bu qaydalar onlara aid deyil. Qanun çərçivəsində həmin şəxslər valideyn deyil. Amma uşaqların belə valideynlərə öhdəliyi yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Sabunun məişətdə 10 faydalı istifadə üsulu
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı