Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib. Bəs çörək üçün istifadə edilən unun tərkibinin dəyişdirilməsi çörəyin bahalaşmasına səbəb olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekpsert Xalid Kərimlinin fikrincə, bu tip tədbirlərin görülməsi çörəyin qiymətinə təsir etməyəcək:

"Əvvələ qayıtsaq, mən düşünmürəm ki, bu tədbir çörəyin bahalaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə hal-hazırda dünyada son bir ildir un qiymətlərinin ardıcıl ucuzlaşması müşahidə olunur. Ukrayna taxılının Qara dəniz ticarətinə məhdudiyyət qoyuldu. Amma məhsullardılığın artması, anbar qalıqlarının yüksək olması un qiymətlərini yüksək səviyyədə saxlayır. Bu baxımdan güman getmirəm ki, bu cür tədbirlər çörəyin qiymətinə təsir etsin. Əksinə çörəyin qiymətində hələ də ucuzlaşma ola bilər. Yəni belə bir ehtimalın olması daha yüksəkdir".

Xatırladaq ki, AQTA sədri yaxın günlərdə həmin zənginləşdirmə prosedurunun həyata keçiriləcəkyini deyib. Bildirilib ki, sözügedən çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2447   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Qazi aşpaz vəfat etdi - Foto

Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü

28 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

İlham Əliyevin investisiya forumunda çıxışı: Azərbaycanın qlobal iqtisadiyyatda artan rolu

Azərbaycanın iqtisadi inkişaf strategiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin gücləndirilməsi son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin II Azərbayca

28 sentyabr
.

Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub

28 sentyabr