"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT
"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb".
Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:
"Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyümüzə, milli, dövlətçilik maraqlarına zidd mövqedə dayanan ölkələrə dövlətimiz hər zaman adekvat münasibətini bildiribdir. Fransa öz səfiri ilə məsləhətləşib, dövlətimizin suverenliyinə və ərazi bütövlüyümüzə, milli, dövlətçilik maraqlarına zidd qərar verəcəksə Azərbaycan buna uyğun olaraq özünün adekvat addımlarını atacaq. Qaldı ki, Fransadakı Azərbaycan səfirinin geri çağrılmasına məsələsinə əminəm ki, dövlətimiz bununla bağlı ən doğru qərarı verəcəkdir".
Deputat vurğulayıb ki, Fransanın son 3 il yarım müddətdə Azərbaycana qarşı qərəzli mövqe tutur:
"44 günlük Vətən müharibəsindən sonrakı dövrdə qəbul olunan qətnamələr, səfirliyimizə qarşı edilən hücumlar və Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı edilən vəhşilik bunu sübut edir. Fransa və Ermənistanı himayə edən qüvvələr bölgədə sülhün təmin olunmamasına çalışır. 30 il ərzində Fransa gizli şəkildə Ermənistana dəstək olub. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən sonra Fransa öz simasını büruzə verdi. Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa ediyini qəbul etməli və regiondakı yeni reallıqla barışmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda bu ərazilərdə SÖKÜNTÜ OLACAQ - Metrostansiya, tramvay xətləri...
Çin Polşa boyda səhrada 66 milyard ağac əkib: Nə dəyişib?
Yağış nə vaxtadək davam edəcək?
Toyda bəy gəlini döydü, anası qızı götürüb getdi - VİDEO
Qocalmanın qarşısını alan, arıqlamağa kömək edən yemək: Çox asan hazırlanır
Verilişi bağlanan aparıcılar indi bu işlərlə "başlarını qatırlar"
15 avtomobil eyni anda yanıb kül oldu: Tək bir şübhə var!
Bəzi məktəblərdə dərslər DAYANDIRILDI - RƏSMİ
Yerdə əhalinin sayı həddindən artıqdır: Həyəcan TƏBİLİ
Birinci xanımlar lançda - Fotolar
Əmlakçıya "Salam" yazan qadın aldığı cavabla şoka düşdü - VİDEO
Tbilisidə Prezidentin şərəfinə lanç verildi - Fotolar
Keşlədə tamamilə sökülən evin - Fotoları