Hər işin içindən çıxan o Qəmbərqulu kimdir? - Belə yaranıb
Dilimizdə tez-tez işlədilən bir deyim var.: "Qəmbərsiz toy-düyün olmaz". Bu sirli Qəmbərlə bağlı başqa bir deyim də var. "Hər işin içindən bir Qəmbərqulu çıxır". Bəs bu hər işin içindən çıxan, hər toya gedən o Qəmbər kim olub?
Lent.az "Belə yaranıb" rubrikasında bu ifadənin yaranma tarixçəsi barədə məlumat verir.
Öncə qeyd edək ki, "Qəmbərsiz toy-düyün olmaz" ifadəsi əksər müsəlman ölkələrində, xüsusən Türkiyədə çox sıx işlədilir. Hər məclisə, hər tədbirə gedən adamlar haqqında işlədilən ifadədir. Bəzən istehza mənası da daşıyır.
Qəmbər Həzrəti Əlinin qulu olub. Bəzi mənbələrdə onun Əlinin qulu yox, sadiq dostu, getdiyi hər yerdə onu müşaiyət edən adam olduğu deyilir.
Qəmbər Əlinin həm qulu, həm sadiq dostu, həm mühafizəçisi, həm də yaxşı din bilicisi idi. Əli hara gedirmişsə Qəmbər də kölgə kimi onu izləyirmiş. Yəni Qəmbərsiz Əlini görmək imkansız olurmuş. Ona görə hər işin altından da bu qul Qəmbər, başqa sözlə Qəmbərqulu çıxırmış.
Yaxın ətrafında kimin xeyir-şər məclisi olarmışsa, Əli Qəmbəri o evə köməyə göndərərmiş. Deyilənə görə, Əli Qəmbəri köləlikdən azad edəndən sonra o, mollalıq edib və çoxlu sayda insanın nikahını kəsib. Ona görə "Qəmbər olmadan, toy olmaz" ifadəsi işlədilib.
Başqa bi versiyaya görə, bu ifadə məşhur "Arzu və Qəmbər" dastanından alınıb. Bir-biri ilə evlənə bilməyən nakam aşiqləri qovuşdurmaq istəyən şəhər valisi "Qəmbərsiz toy olmaz" deyərək, Arzunu Qəmbərə qovuşdurmaq istəyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1172 Tarix: 18 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxil şirkətlərdən biri - "İmprotex İndustries" MMC-nin rəhbəri dəyişib. Qaynarinfo Yurd.Media-ya istinadən xəbər verir ki, Ruslan Ələkbərov şirkətin qanuni təmsilçisi vəzifəsindən azad olunub
28 sentyabrƏvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu məlumat yayıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi
28 sentyabrQaradağın yeni icra başçısı kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, Əliyev Natiq Oruc oğlu beynəlxalq münasibətlər, dövlət idarəçiliyi və şəhər idarəçiliyi sahələrində geniş peşəka
28 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabr