Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA
Bildiyimiz kimi, bu gün ölkəmizdə erkən yaşda qızların evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Əlbəttə ki, bu nikahların baş tutması qəbulolunmazdır. Digər tərəfdən, Azərbaycanda 22 yaşlı oğlanın 40 yaşlı qadınla evlənməsi ilə bağlı hallarda mövcuddur. Araşdırmalar onu göstərir ki, tərəflər arasında yaş fərqi ailə qurduqdan sonra problemlər yarada bilər. Bəs evlənən cütlüklər arasında yaş fərqi neçə olmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bu məsələ çox insanın dünyaya baxış tərzi ilə bağlıdır. Əgər tərəflərdən biri yetkinlik yaşına çatmamış insandırsa və həddindən artıq yaşca böyük insanla evləndirilsə bunun qarşısını almaq lazımdır:
" Əgər qızın 16 yaşı varsa və 35-40 yaşında bir kişi ilə evləndirilirsə, bu normal qarşılanacaq hal deyil. Lakin 25 yaşında bir qız 40 yaşında kişi ilə evlənməyi düşünürsə, biz buna görə onu qınaya bilmərik. Çünki o, yetkinlik yaşına çatmış bir insandır. Onun azad seçmək hüququ var. Yetkinlik yaşında olan şəxslər orta yaşlı insanları evlilik üçün məqbul hesab edə bilər. Buna görə həmin şəxslər qınanılmamalıdır. Amma bütün hallarda, yaş fərqinin həddindən artıq çox olması uyuşmazlığa və ailə daxili problemlərə gətirib çıxara bilər. Əgər bir-birindən 20 yaş fərqlə tərəflər evlənirsə, gələcəkdə ailələr arasında problem yaranma ehtimalı var. Biri ahıl dövrünə qədər qoyanda, digəri orta yaşda olacaq. Təbii ki, dünyagörüşü tərəflər arasında uyğun olmayacaq. Bu tək yaşla əlaqədar deyil. Ümümiyyətlə yaşından asılı olmayaraq bir gün belə bizim düşüncəmizə və qərarlarımıza təsir edə bilir. Bu baxımdan hesab edirəm ki, gələcəkdə problem yaşamamaq üçün tərəflər ailə quranda aralarında maksimum 7-8 yaş bir-birindən fərqlənməlidir. Əgər tərəflər yetkinlik çağındadırsa, bu qərar onların seçimlərinə buraxılmalı olan məsələdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2467 Tarix: 26 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
44 günlük müharibə gənc nəsil üçün hansı mesajı daşıyır? - SORĞU
27 Sentyabr - Anım Günü ilə bağlı olaraq paytaxt sakinləri arasında sorğu keçirdik. Sorğu zamanı vətəndaşlardan 6 il əvvəl başlayan Vətən müharibəsinin gənc nəsil üçün hansı mesajı daşıdığını soruşduq. Vətəndaşlar cavablarında həmin günlərlə bağlı yaddaşlarda qalan ən təsirli məqamları bölüşdülər. [hh4-unikal
28 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrBu 5 küçədə ancaq piyadalar hərəkət edə biləcək - Oktyabrın 5-dən
İki ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı paytaxtın mərkəzi küçələrində tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA
28 sentyabrYeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. H. Babayev əmək fəaliyyətinə 2004-c
28 sentyabrQazi aşpaz vəfat etdi - Foto
Vətən müharibəsi qazisi, gənc aşpaz İlkin Baxışov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib. O bildirib ki, İ.Baxışov Qazaxıstanda fəaliyyət göstərirmiş və 2 ay əvvəl Vətənə qayıdıb. Qazinin ölü
28 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabr