TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBQazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Sonxeber.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib:

"Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".

13:58

Qazaxda minaya düşən DSX əməkdaşının kimliyi açıqlanıb.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.

12:47

Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb.

Bu barədə "Report"a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

12:22

Qazax rayonu ərazisində mina hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2077   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda it dişləyən azyaşlı qızın SON VƏZİYYƏTİ AÇIQLANIB - FOTO

Paytaxtın Lökbatan qəsəbəsi, "Qobu park-2" yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb. İt dişləməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2013-cü il təvəllüdlü şəxsin vəziyyəti stabildir. Bun

15 may
.

SDU-nun tələbəsi vəfat etdi

Abşeronda 3 gün öncə qəzaya düşən Sumqayıt Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, 23 yaşlı tələbə xəstəxanada ölüb. Xatırladaq ki, mayın 12-də Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə zamanı 2001-ci il təvəllüdlü Məmməd Vüsal oğl

14 may
.

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseyno

14 may
.

Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO

Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev azadlığa buraxılıb. xəbər verir ki, bu barədə onun görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə "Sadiq kişi həmişə azadlıqda" şərhi qey

14 may
.

Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO

Son vaxtlarda rəqsi viral olan azyaşlı azərbaycanlı qızın videosu xarici ölkələrdə də paylaşılıb. Ölkə.Az xəbər verir ki, Qərbi Afrika ölkəsi Qanada feysbuk səhifələrindən birində paylaşılan video 2 milyona yaxın baxış, 60 minə yaxın bəyənmə toplayıb. Sosial şəbəkələrin Qana seqmentində izləyiciləri

14 may
.

Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO

Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. xəbər verir ki, ötən gün Göyçay rayonunda çaydan sel keçib. Nəticədə çay yatağını zibil və məişət tullantıları tutub. Həmin görüntüləri təqdim edirik:

14 may
.

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib. "Qaynarinfo"nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur. Qeyd edək ki, bun

15 may
.

İcra Hakimiyyətinin tabeliyindəki idarədə 93 min manatlıq "alış-veriş" - Led işıq, izolyasiya lenti, bolt, qayka və.s üçün

Ağcabədi rayon Yaşıllaşdırma İdarəsinin "Ağcabədi şəhəri küçələrinin işıqlandırılmasına ehtiyac olan elektrik lampaları və digər avadanlıqların satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb. -ın məlumatına görə tenderin qalibi "BUTA SUPPLY" MMC olub. Tərəflər arasında 92.979,2

14 may
.

Qeyri-sabit, yağıntılı hava şəraiti bu tarixədək davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir. xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur

14 may