Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - ARAŞDIRMA

Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - ARAŞDIRMABildiyimiz kimi, Azərbaycanda vəfat edən ailə başçısının pensiya kapitalı yoldaşına verilir. Avropa ölkələrində şəxsin pensiyasını kimin alacağı pensiya müqaviləsi ilə müəyyən edilir. Lakin bəzi pensiya müqavilələr fərqli olur. Belə ki, sözügedən müqavilədə pensiya kapitalı ləğv oluna bilər. Eyni zamanda pensiya kapitalı yoldaşına verilə bilər yaxud məbləğ vərəsələr arasında bölüşdürülə bilər. Bəs Azərbaycanda vəfat edən şəxsin pensiya kapitalı onun övladlarına verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda pensiya kapitalı ilə bağlı tam qanunvericilikdə ciddi boşluqlar var:
Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - ARAŞDIRMA"Həm də məntiqi yanaşmalarda problemlər mövcuddur. Çünki bizim hamımız çalışdıqca pensiya kapitalını özümüz üçün yığırıq. Bu bizim banklara qoyduğumuz əmanətə bənzər bir yığımımızdır. Bu pensiya kapitalına birbaşa çıxış imkanı olmaması, qanunvericiliklə buna məhdudiyyət qoyulması ciddi problemdir. Bu yaxınlarda Azərbaycan statistika açıqlandı. Bildirilib ki, Azərbaycanda kişilərin 40 faizə yaxını təqaüd yaşına çatmadan vəfat edir. Bu çox ciddi rəqəmdir. Təqaüd yaşına çatmadan vəfat etmiş şəxslərin pensiya kapitalı ilə bağlı qanunvericilikdə boşluqlar çoxdur. Halbuki dünyanın bir çox ölkələrində bu kapitala birbaşa çıxış imkanı var. Eyni zamanda onun vərəsəlik yolu ilə kimə istəsə verə bilər. Hətta şəxsin özü belə o pensiya kapitalından istifadə edə bilər. Yəni vətəndaş pensiyaya çıxdıqdan sonra, kapitalın bir hissəsini götürüb özünə iş yaxud biznes qura bilər. Azərbaycanda bununla bağlı ciddi problemlər var. Bu problemlərin həlli qanunvericilikdə boşluqların aradan qaldırılması və yeni qanunvericilik təşəbbüslərinin irəli sürülməsindən gedir".

Sosioloq Lalə Mehralı pensiya kapitalının övladlarına verilməsi ilə bağlı saytımıza öz fikirlərini bölüşüb:
Vəfat edən şəxsin pensiya kapitalı övladına VERİLSİN - ARAŞDIRMA"Bu təcrübə bütün ölkələrdə var, o kapital vətəndaşın şəxsi vəsaiti hesab edilir, vəfat etdiyi təqdirdə onun mirası kimi ailəsinə ödənməlidir. Nəzərə alsaq ki pensiya yaşına çatmaqla və üzunömürlülüklə bağlı çox ciddi problemlər var, insanların orta ömür ili 50-55 yaş olub, o zaman nə demək istədiyimiz aydın olur. Vətəndaş bütün əmək fəaliyyəti boyu kapital yığır və qəfil öldükdə bu kapital əlindən çıxır. Ən optimal yol ailəsinə ödəməkdir. Ailə başçısı öldükdən sonra onsuz da ailə, uşaqlar çətinlik çəkir, təhsil alan varsa əziyyətlə oxuyur, bu kapitalı o uşaqların təhsilinə yönəltmək ən yaxşı yoldur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2717   Tarix: 13 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr