"Məni o rola Heydər Əliyev seçmişdi" - Həmidə Ömərova

"Məni o rola Heydər Əliyev seçmişdi" - Həmidə ÖmərovaXalq artisti Həmidə Ömərova 1982-ci ildə lentə alınan "Nizami" filmində Afaq roluna dəvət almasının maraqlı tarixçəsindən söz açıb.

Lent.az-ın xəbərinə görə, bu barədə teleproqramlardan birində danışıb.

Aktrisa qeyd edib ki, həmin rola onu Heydər Əliyevin tövsiyəsi ilə çəkiblər.

"Bu filmə məndən öncə çeçen-inquş əsilli Tamara Yandiyeva təsdiqlənmişdi. O, "Babək" filmində Pərvini də canlandırmışdı. Ulu öndərimiz tarixi filmlərə böyük maraq göstərirdi. "Nizami" filminin 20 dəqiqəlik fraqmentinə baxıb. Baş rol oyunçusunun xarici millətəndən olduğunu biləndə deyib ki, "Azərbaycanda aktrisa yoxdur?"

Həmin gün təsadüfən kinostudiyanın dəhlizində dublyajdan çıxmışdım. Filmin ikinci rejissoru Akif Rüstəmli məni görən kimi, apardı foto studiyaya. Mənim və bir neçə aktrisanın şəkillərini çəkib Heydər Əliyevə göstəriblər, o azərbaycanlı olduğumu öyrənəndən sonra məni tövsiyə edib", - Xalq artisti bildirib.

Həmidə Ömərova qeyd edib ki, filmə təsdiq olunduqdan sonra onun üçün xüsusi geyimlər hazırlanıb.

"Filmin artıq müəyyən hissəsi çəkilmişdi. Paltarlar da məhz Tamara Yandiyeva üçün tikilmişd. O isə çox arıq və uzun idi, paltarların heç biri əynimə olmadı. Məcbur oldular yenidən mənim üçün geyimlər tikdilər",- o əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 2094   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

Artıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib. Sonxeber.azxəbə

25 avqust 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrın

5 sentyabr 2021