Əli Əsədov Türkiyəyə səfər edəcək
Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək.
Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib.
Bildirilib ki, "Türkiyə-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının 11-ci dövr iclası münasibətilə 8 may 2024-cü ildə Ankarada Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) və Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) əməkdaşlığı ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək.
Həmçinin biznes-forumda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun, dövlətlərin qurum və təşkilatlarının, müxtəlif sektorlarda fəaliyyət göstərən iş adamlarının iştirakı gözlənilir.
Həmçinin iki ölkə arasında iş və investisiya imkanlarının qiymətləndirilməsinin nəzərdə tutulduğu da qeyd edilib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 910 Tarix: 04 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi
Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. R.Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb
8 iyunBir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb
Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca
25 iyun"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyunAzərbaycan xalqının xilaskarı - Heydər Əliyev
Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl
8 iyun