TÜRKSOY-un Baş katibi: Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir
Əhməd Cavad bütün Türk dünyasının birlik rəmzidir.
"Report"un Ankara Bürosu xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalını ziyarət edərkən deyib.
Onun sözlərinə görə, şair bütün Türk dünyasının birlik rəmzidir.
Qeyd edək ki, görüşdə Əhməd Cavadın ailə üzvləri Nicat Əmiroğlu Quliyev, Anar Axundzadə, Məhin Banu Quliyeva və Yılmaz Axundzadə də iştirak edib. Sultan Raev və şairin ailəsi Dövlət Baxçalıya "Əhməd Cavad Şərəf medalı" təqdim ediblər.
Baş katib bildirib ki, bu medal Əhməd Cavadın ailəsinin istəyi ilə MHP sədrinin Türk dünyasına göstərdiyi xidmətlərə görə verilib.
MHP sədri "Çırpınırdı Qara dəniz" şerinin Türk dünyası üçün birləşdirci dəyər olduğunu bildirib: "Türkiyədə vaxtilə hər tədbirimizin əvvəlində milli marş oxunurdu. Bir gün "Çırpınırdı Qara dəniz" oxunanda çoxumuz təəccübləndik. Əhməd Cavad və onun yaradıcılığı hamımızın dünyagörüşündə böyük rol oynadı. Hamınızın hüzurunda sözün öndəri və əbədiyaşar Əhməd Cavada minnətdarlığımı bildirirəm. O, ömrü boyu hər sahədə inkişafımıza dəstək olan öndərlərimizdəndir".
Qeyd edək ki, bu il Türk dünyasının marşına çevrilən "Çırpınırdı Qara dəniz" şeirinin yazılmasının 110 ili tamam olur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA