Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər - VƏZİYYƏTİ AĞIRDIR
Bakıda sahibsiz itlər azyaşlı qıza hücum ediblər.
Oxu.Az-ın əldə etdiyi məlumata görə hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park" yaşayış massivində qeydə alınıb.
Belə ki, 2013-cü il təvəllüdlü Ə.M (ad, soyad şərtidir) bu gün axşam saatlarında həyətdə dostları ilə oynayarkən itlər ona hücum edib. Bu zaman o, qaça bilməyib və ağır xəsarətlər alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ə.M saat 19:30 radələrində təcili tibbi yardım vasitəsilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib və kəllə-beyin travması alıb:
"Ona zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd vurulub. Vəziyyəti stabil qiymətləndirilən şəxs daha ixtisaslı müayinə üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub".
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1041 Tarix: 11 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdamda FACİƏ: Ata və azyaşlı övladı öldü
Ağdam rayonunda bir ailənin iki üzvü faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində baş verib. Kənd sakini olan kişi iki azyaşlı övladı ilə Xatın su anbarında çimərkən batıblar. Ata və azyaşlı övladının biri boğulub, digər azyaşlı isə xilas edilib. Faktla bağl
4 iyulÇimərlikdə hicablı ana və qızına qarşı təhqir: "Rədd olun, gedin" - VİDEO
Seferihisardakı qalmaqallı çimərlik hadisəsi ilə bağlı 1 nəfər saxlanıldı. Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda hicablı ana və qızına qarşı edilən təhqirlərlə gündəmə gələn hadisə ilə bağlı yeni inkişaf yaşanıb. bu barədə xarici mediaya istinadla xəbər verir. Türkiyə Ədliyyə Nazirliyini
6 iyulZərdabda su arxında meyit tapılıb
Zərdab sakininin su arxından meyiti tapılıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırm
5 iyulArıqlamaq istəyən gənc qadın diş fırçasını uddu
Türkiyənin İstanbul şəhərində 21 yaşlı qadın arıqlamaq məqsədilə özünü qusdurmağa çalışarkən ehtiyatsızlıqdan 13 santimetr uzunluğunda diş fırçasını udub. xarici mediaya istinadla xəbər verir ki, hadisədən sonra vəziyyəti pisləşən qadın yaxınları tərəfindən Kanuni Sultan Süleyman Təlim və Araşdırma Xəstəxanasın
7 iyulAğır yol qəzası: eyni ailədən 3 nəfər həlak olub
Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb. xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb. İlkin məlumat
6 iyul