"Yaxşı maaş versəydilər, 4-5 yerdə işləməzdim" - Həmidə Ömərova
"Azərbaycan kinosu hələ istiqamətini axtarmağa çalışır. Addımlayırıq, amma sürətlə yox. Düzdür, son vaxtlar beynəlxalq arenaya çıxır, mükafat da qazanırıq. İşləyən gənclər çoxdur. İndi dövlət sifarişi və kommersiya məqsədli filmlər rəqabətə girib. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilənlər də digərləri ilə baxımlı və uğurlu olsun. Sərf olunan məbləğ geri qayıda bilsin. Onda kinematoqrafçıların da film çəkməyə marağı olar. Peşə sahibləri işlə təmin olunar".
Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib. Aktrisa son günlər film sahəsində baş verənlərdən danışıb.
O bildirib ki, rejissorları xaricə təcrübə yığmağa göndərmək lazımdır:
"Biz qonşu dövlətlərin, dünya kinosunun nümunələrində hansı proseslər getdiyini öyrənməliyik. Onda həvəslənərik. Kino festivalları çoxaldılmalıdır, biz getməliyik. Təkcə İncənət Universitetində tədrislə bunlar bəs etmir. Kinematoqrafçılarımızı xaricə təhsil almağa göndərməliyik. Türkiyədə rejissorlar xaricdə təhsil alıb, gəlib film sahəsini inkişaf etdiriblər. Biz kino sahəsindəki texnikadan nə qədər geri qalmışıq".
H.Ömərova aktyorların qazancdan şikayətlənməsi məsləsinə toxunub:
"Sovet aktrisasıyam, biz dözürük. Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, 4, 5 yerdə işləmişəm. Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən 1 yerdə 4 yerdə işləməyimin maaşını alsaydım, niyə ordan ora, burdan bura qaçım? Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim... Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Aktyorlar Gildiyasının sədri kimi etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdi".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1083 Tarix: 13 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrPensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea
26 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabrGələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA
Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək
27 sentyabr