Çörək sexlərinə nəzarət edilir? "Bu sahədə nə qədər rahatçılıq olacaqsa, bir o qədər problem yaranacaq" - Eyyub Hüseynov

Çörək sexlərinə nəzarət edilir? "Bu sahədə nə qədər rahatçılıq olacaqsa, bir o qədər problem yaranacaq" - Eyyub HüseynovBinə çörək zavoduna məxsus çörəyin içərisindən taxta qırıntısının çıxması haqqında məlumatlar yayılıb. Belə ki, aprelin 30-da Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan vətəndaş həmin ərazidəki marketdən çörək alıb. O, evdə çörəyi kəsən zaman içərisində qaraltı gördüyünü və sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Şəxsin bildirdiyinə görə, çörəyin içərisindən çıxan taxta qırıntısının uzunluğu təxminən 3 sm-ə yaxın olub. Bəs ölkədə çörək sexlərinə necə nəzarət edilir?

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Sonxeber.az-a açqılama verib.

E. Hüseynov bildirib ki, çörək bişirmə sahəsində nə qədər rahatçılıq olacaqsa, bir o qədər problemlər yaranacaq:

Çörək sexlərinə nəzarət edilir? "Bu sahədə nə qədər rahatçılıq olacaqsa, bir o qədər problem yaranacaq" - Eyyub Hüseynov"Binə çörək zavodunun keyfiyyəti barədə mənə də hər ay iki-üçü telefon zəngi gəlir. Bu barədə görünür problemlər yaşanır. Çox təəssüflər olsun ki, həmin çörək zavodunda olmamışam. Bu barədə ictimaiyyətdə mənfi fikir formalaşıb. Bəzən bu hallar həmin fabrikdən ayrılan işçilər tərəfindən də edilir. Zavod çörəyi istehsal edən çox yaxşı müəssisələr də var. O müəssisələrdə insan müdaxiləsi demək olar ki olmur. Kənar cismlərin çörəyin içinə düşməsi istisna olunur. Amma bununla berabər yaxşı olmayan fabriklər də var. Bazarın ən liberal seqmenti çörək bişirmə sahəsidir. Bu işlə hər kəs məşğul ola bilir. Bu sahədə nə qədər rahatçılıq olacaqsa, bir o qədər problemlər yaranacaq və yaşanır".

Ekspert bildirib ki, sosial və zavod çörəyin üstünün də, altınında yetişmiş sümbül rəngində olmalıdır:

"Ölkədə sosial çörək bişirən müəssisələr var. Qeyd edim ki, sosial və zavod çörəyin üstüdə altı da yetişmiş sümbül rəngində olmalıdır. Əgər çörəyin üstündə çatlar varsa, bu çörəyə şəkər vurulub. Bu isə yolverilməzdir. Bəzi sosial çörək istehsalçıları çox çörək istehsal etsin deyə xəmirə daha çox maya qatır. Amma standartlara uyğun əhalinin sağlamlığına önəm verən, az istehsal edib, xəmirə az maya qatan fabriklər də var. Düşünürəm ki, bu şəkildə istehsal olunan çörək zavodlarına daha çox önəm verilməlidir. Çox təəssüf ki, Binə çörək fabrikində olmamışam.
Mətbuat üçün çörək zavodlarının qapısı açıq olmalıdır. Orada baxış keçirmək mümkün olsun. Əgər çörəkdən yad bir cisim çıxırda bu zaman sanitariyadan danışmaq olmaz".

Gülcahan Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1043   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr