Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlama

Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlamaVətən müharibəsi şəhidi Coşqun Orucovun anası Fərqanə Bağırovanın qabyuyan kimi çalışması ilə bağlı məlumat yayılıb.

"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan informasiyada ananın Bakıdakı çay evlərindən birində işlədiyi bildirilir. Şəhid C.Orucovun anasının saat 12:00-00:00-dək xadimə kimi çalışdığı deyilir.

Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Sorğumuza cavab olaraq saytımıza bildirilib ki, Vətən müharibəsinin şəhidi Coşqun Orucovun ailəsi sosial müdafiə tədbirləri ilə əhatə olunub. Ailəyə birdəfəlik sığorta ödənişi (11000 manat) və YAŞAT Fondu tərəfindən birdəfəlik maddi yardım (4350 manat) ödənilib: "Şəhidin anası Bağırova Fərqanə Mənsum qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ 3 il əvvəl Bakı şəhərində yeni yaşayış kompleksində 2 otaqlı mənzillə təmin edilib. Eyni zamanda şəhidin ailəsinə 750 manat aylıq sosial ödəniş (o cümlədən, Prezidentin aylıq təqaüdü olaraq 600 manat və şəhidin atası Orucov Oruc Qiyas oğluna III dərəcə əlilliyə görə aylıq müavinət olaraq 150 manat) edilir.

Ailənin məşğulluğuna da dəstək göstərilib. Şəhidin atası O.Orucov nazirliyin göndərişi ilə 2022-ci ilin iyun ayında şirkətlərdən birində yığım ustası işi ilə (aylıq əməkhaqqı 543 manat) təmin edilib. Şəhidin anası F.Bağırovaya isə 2021-ci ilin noyabr ayında özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilərək "qadın gözəllik salonu" zərfi üzrə kiçik biznes sahəsi yaradılıb. O, istəyinə əsasən peşə hazırlığına cəlb edilmək üçün də 2024-cü ilin fevral ayında qeydiyyata alınıb. Onu da bildirək ki, F.Bağırova indiyədək sosial yardımla bağlı heç vaxt müraciət etməyib. Onunla əlaqə saxlanılıb və hazırda ailəsinin ünvanlı sosial yardım almaq hüququna baxılır".
Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlamaSuraxanı rayonunda yaşayan şəhid ailəsinin vəziyyəti ilə bağlı Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, şəhid Orucov Coşqun Oruc oğlunun ailəsi də digər belə ailələr kimi mütəmadi olaraq icra başçısı tərəfindən qəbul olunur və problemlərinin həlli istiqamətində lazimi köməkliklər göstərilir: "Qeyd edək ki, şəhidin valideynləri Orucov Oruc Qiyas oğlu və Bağırova Fərqanə Mənsum qızı arasında daimi ailə münaqişələri zəminində baş verən mübahisələr dəfələrlə hüquq-mühafizə orqanlarında araşdırılıb, onlar arasında olan rəsmi nikah isə 21.11.2020-ci il tarixdən pozulub. Tərəfimizdən onlarla dəfələrlə görüş keçirilərək barışığa cəhd olunsa da, təəssüf ki, hər iki tərəfin qeyri-adekvat münasibəti onları ortaq məxrəcə gətirməyib. Şəhidin atası O.Orucovun sonradan ailə qurması və övladının dünyaya gəlməsi məsələni daha da qəlizləşdirib. O.Orucov sonralar yeni dünyaya gəlmiş övladının səhhətindəki problemlərlə bağlı RİH-ə bir neçə dəfə müraciət edib.

Bildiririk ki, rayon ictimaiyyətinin iştirakı ilə Şəhid Orucov Coşqun Oruc oğlunun gətirilərək dəfn olunması, eləcə də hüzn mərasimlərinin (3, 40, il) keçirilməsi, məzar daşının qoyulması Suraxanı RİH tərəfindən təşkil edilib. Şəhidin Zığ qəsəbəsində ailəsinin yaşadığı ünvandakı küçə asfaltlanaraq abadlaşdırılıb. Həmçinin, ailə mütəmadi ərzaq və maddi yardımlarla təmin olunub, ailənin mağazalardan birinə olan kredit borcu RİH tərəfindən ödənilib.

Eyni zamanda, şəhidin anası Fərqanə Bağırova 4 nəfər ailə tərkibi ilə şəhid ailəsinin üzvü kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Suraxanı RİH tərəfindən uçota alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində 2 otaqlı mənzillə təmin olunub".

Qeyd edək ki, Coşqun Orucov Culfa rayonunun Xoşkeşin kəndində anadan olub, 2007-ci ildən isə ailəsi ilə Bakının Suraxanı rayonuna köçüb. O, hərbi xidməti bitirdikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət edib. 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə, "Hərbi xidmətlərə görə" , "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Qabyuyan işlədiyi deyilən şəhid anası ilə bağlı - Rəsmi açıqlama


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1439   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr