Sevgilisi onu hoteldən atmışdı - Ayrılmaq istəmədiyini dedi

Sevgilisi onu hoteldən atmışdı - Ayrılmaq istəmədiyini dediÖtən ilin fevralında Bakıda yerləşən hoteldə qeyri-rəsmi münasibətdə yaşadığı qadını pəncərədən atan 1995-ci il təvəllüdlü Şükür Qənbərova hökm oxunub.

"Qafqazinfo" xəbər verir ki, sevgilisi Aysel Həsənovanı (şərti) Nəsimi rayonu ərazisindəki "Af Hotel"in 6-cı mərtəbəsindən atan şəxs Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.

Araşdırma zamanı məlum olub ki, Şükür Qənbərov Ağcabədi rayonu Meliorasiya və Suvarma idarəsində mühəndis vəzifəsində çalışr. O, yaşadığı rayonda ofisiant işləyən 1997-ci il təvəllüdlü A.Həsənova ilə tanış olub və 2022-ci ildən aralarında sevgi münasibəti yaranıb. Əvvəlki nikahından iki azyaşlı övladı olan qadınla qısqanclıq zəminində tez-tez mübahisə edən Şükür daha əvvəl onun uşaqlarının birini taxta ilə döyübmüş. Bununla bağlı polisdə araşdırma aparılsa da, sonradan A.Həsənova şikayətini geri götürüb. Bundan başqa, Ş.Qənbərovla A.Həsənova Qax və Xaçmazda birgə olarkən də aralarında münaqişələr baş veribmiş.

Son olaraq onlar Bakıya istirahət məqsədilə gəliblər. Paytaxta gələrkən Aysel azyaşlı övladlarını da özü ilə gətirib. Onlar "Af Hotel"ə yerləşdikdən sonra aralarında növbəti dəfə münaqişə yaranıb. Münaqişə zəminində Şükür sevgilisini zorla tutaraq 6-cı mərtəbədəki otağın pəncərəsindən atıb. Bu zaman qadın hotelin 3-cü mərtəbəsinin damına düşüb və müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şükür A.Həsənovanın onu hədsiz sevdiyini və ayrılmaq istəmədiyini bildirib. O, sevgilisinin ondan ayrılmamağa görə intihar məqsədilə özünü pəncərədən atdığını deyib. A.Həsənova da Şükürün ondan ayrılmaq istəmədiyini və onu çəkindirməyə görə özünü atdığını bildirib.

Lakin məhkəmə tərəflərin ibtidai istintaqa verdiyi ifadələri əsas götürüb. Həmin vaxt hər iki şəxsin aralarında qısqanclıq zəminində mübahisə yaranması və Şükürün qadını zorla pəncərədən atmasını deməsi məlum olub. Qadının məhkəmədə dediklərinin Şükürü qorumaq məqsədi güdməsi qənaətinə gəlinib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ş.Qənbərovu Cinayət Məcəlləsinin 29.120.1-c maddəsi ilə təqsirli bilib. Ona 8 il 6 ay həbs cəzası verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 812   Tarix: 14 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr