"Fransa Yeni Kaledoniyada törətdiyi vəhşilikləri ört-basdır etmək üçün məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd göstərir" - DEPUTAT

"Fransa Yeni Kaledoniyada törətdiyi vəhşilikləri ört-basdır etmək üçün məsuliyyəti Azərbaycanın üzərinə atmağa cəhd göstərir" - DEPUTATXəbər verdiyimiz kimi Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair növbəti əsassız fikirlər səsləndirib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərdən sonra Fransa rəsmiləri ölkəmizə qarşı əssasız iddalar səsləndirməyə başladı:

"Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində ölkəmizə qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirlər bu dövlətin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir:

"Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələri və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası bir daha bu ölkənin çirkin niyyətindən xəbər verir. Fransanın daxili işlər naziri Azərbaycana qarşı əssasız fikirlər səsləndirmək əvəzinə yaxşı olardı ki, ölkəsində bu cür etirazlara səbəb olan problemləri həll etsin. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Fransa rəsmiləri özlərini erməni kimi aparır".

Deputat vurğulayıb ki, Fransa Yeni Kaledoniyada törətdiyi vəhşilikləri ört-basdır etmək üçün toqquşmalara görə məsuliyyəti xarici qüvvələrin, o cümlədən Azərbaycanın üzərinə atmağa cəhd göstərir:

"Biz Fransanın bu əssasız ittihamlarını rədd edir, Yeni Kaledoniyada törətdiyi vəhşilikləri xatırlamağı məsləhət görürük. Fransadan fərqli olaraq Azərbaycanhər zaman separatizmə qarşı ən effektiv mübarizə ortaya qoyub. Heç kəsə sirr deyil ki, Fransa uzun müddət Cənubi Qafqazda separatizmə dəstək verib. Xüsusilə də Qarabağda 2023-cü ilə qədər separatçıların həyata keçirdiyi bir çox cinayətlərin altında Fransanın imzası var. Bu gün də Fransa müxtəlif oyunlarla yenidən regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Yaxşı olar ki, Makron və onun ətrafındakılar ermənilərin deyil də ilk olaraq öz xalqının problemləri ilə məşğul olsunlar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 965   Tarix: 17 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr