"Oğlum Quran avazlıdır, dərviş toylarında oxuyur, müğənni olmağını isə..." -FOTO

"Oğlum Quran avazlıdır, dərviş toylarında oxuyur, müğənni olmağını isə..." -FOTO"Sənətçi, yaradıcı insanların ailələrində yaradıcılığa meyl çox olur. Elmlə məşğul olan valideynlərin övladları da elmlə meylli olur. Bu genetikdir, irsidir. Əgər uşağın istedadı ona izn verirsə, mütləqdir ki, o da həmin yolda inkişaf etsin".

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Fərqanə Qasımova deyib. O daha sonra əlavə edib.

"Bizim də övladlarımızda musiqi baxımından yaradıcılıq inkişaf edib. Şəxsən mən onların musiqiçi olmağını heç vaxt təsdiqləməmişəm. Düşünmüşəm ki, özləri böyüyüb, hansı yolu seçsələr o yolla da gedərlər. Əllərindən tutub hansısa musiqi yoluna yönləndirməmişəm. Böyük qızım Rəssamlıq Akademiyasını bitirib. Onun rəsmə, heykəltəraşlığa böyük bir həvəsi var. Həm də gözəl səsi var. Müğənnilik bu dəqiqə ən əlçatan sənətdir. 100 dənə mahnını oxuyub öyrənmək sənətkar olmaq demək deyil. Biz öz ailəmizdə bu cür şeylərə çox ciddi baxırıq. Baxmayaraq ki, Alim müəllimin nəvələrinin səsi var, amma seçimi özlərinə buraxmışıq. Qadağa qoymamışıq ki, oxuma. Yenə də qismət", - deyə sənətkar bildirib.

Fərqanə Qasımova bildirib ki, oğlu dərviş toylarında quran oxuyur, gözəl avazı var:

"Oğluma gəldikdə isə.. Oğlum Quran avazlıdır, iki mahnısı var, el şənliklərində, dərviş toylarında ifa edir. Amma bu hələ yüksək göstərici deyil. Hələ ki, o bu sənətdə olub-olmayacağını düşünür. Mən ona bu yolda azadlıq verdim. Amma onun avazı quran avazıdır. Mən çox istərdim ki, əlbəttə o bu yolla getsin. Özünün 3 yazdığı mahnı var ki, yutub kanalında da yerləşdirib. Sadəcə mən bu sahədə olduğum üçün ona dəstək olmadım. Amma o yenə də öz seçimində azaddır, müstəqildir. Gəncdir, ola bilsin ki, qarşıdakı illərdə gözəl nailiyyətləri olacaq. Hansı məsləhətdirsə o da olsun. Quran oxumaq avazı Allah tərəfindən övladıma verilib. Bunu ona biz öyrətməmişik. Sonradan özü yutubdan, böyüklərə qulaq asa-asa öyrənib. Bizim ailədə onun kimi oxuyan yoxdur. Muğam da başqa bir fitri istedaddır. O insanın özündə olmalıdır. Atam məni 3 yaşından öyrədib, 3-4 yaşından qəzəllər, təsniflər bilirdim. Əgər atam bizdə bunu görməsəydi öyrətməzdi. Mən 10 yaşımda artıq muğam ifa edirdim".


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1001   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"d

8 dekabr 2025
.

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı

Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb. -a istinadən xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib. Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Ne

29 iyul 2025
.

Məşhur reper federal axtarışa verildi

Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib. -a istinadən xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib. Məlumata görə, reperə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəs

27 yanvar 2025
.

Networking Azerbaijan 2025-ci ildə sahibkarlara nə verəcək? Gala Night-da planlar açıqlandı

"Bu il "Networking Azerbaijan" biznes klubu üzvlərinə daha çox bilik, bacarıq və biznes əlaqələr qazandıracaq tədbirlər keçirməyə üstünlük verəcək" – klub üzvlərini ilin ilk netvörkinqində - JW Marriott Absheron’da keçirilən "Networking Gala Night" tədbirində bir araya gətirə

11 fevral 2025
.

Yeni il gecəsi öldürülən Emilin paylaşdığı son VİDEO

Xəbər verdiyimiz kimi, Yeni il gecəsi Bakıda ağır cinayət hadisəsi baş verib. xəbər verir ki, Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live Bar" gecə klubunun qarşısında qətl törədilib. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, saat 02:00 radələrində klubun daxilind

6 yanvar
.

Gecə paltaryuyan maşın qoşanların nəzərinə

Mütəxəssislər gecə saatlarında xüsusilə yatarkən paltaryuyan maşının işlək vəziyyətdə saxlanılmasının təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. xəbər verir ki, onların sözlərinə görə, elektrik naqillərində yaranan qısaqapanma, cihazın mühərrikinin həddindən artıq qızması və ya su sızmas

27 yanvar
.

Belarus Azərbaycana süd konservlərinin tədarükünə başlayacaq

Belarusun "Rogaçev Süd Konservləşdirmə Kombinatı" Azərbaycanın "Foodini" və "Yaylaq" şirkətləri ilə süd konservləri, kərə yağı və quru süd məhsullarının tədarükünə dair saziş imzalayıb. xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsind

15 oktyabr 2025
.

Çilidə dağın zirvəsində "sirli üz" peyda olub

Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi

5 avqust 2025
.

Blogger Samir Əliyev: YouTube-da İzlənmə Rekordları Qırır

Azərbaycanın ən məşhur blogerlərindən biri olan Samir Əliyev son illərdə sosial mediada böyük uğurlar qazanıb. O, 7 ildir ki, qısa metrajlı vine videoları çəkir və izləyicilərini güldürməyi bacarır. Lakin iki il əvvəl o, YouTube platformasına keçid etmək qərarına gəldi və bu qərar onun üçün inanılma

24 fevral 2025