Əməkdar artist ÜSYAN ETDİ: "53 ildir ki, sənətdə olsam da fiziki qüsurlu oğlumla səfalət içində yaşayıram"- FOTO
"Aidiyyatı qurumlara məktub yazmaqdan yorulmuşam. Milli Məclisin Mədəniyyət komitəsinə məktub yazmışam, onlar da həmin məktubları Mədəniyyət Nazirliyinə göndəriblər. Mədəniyyət Nazirliyində də məktubları oxumurlar. Səfalətli yaşayışım haqqında onlara məktub yazıb haqqım olan mükafatı, təqaüdü istəmişəm. 70 yaşım tamam olur, 53 ildir ki, sənətdəyəm. Nazirliyin Sevil Kərimova adlı işçisi məktubuma cavab olaraq yazıb ki, fəxri adları biz vermirik. Guya mən onlardan fəxri ad istəmişəm. Məktublardan belə xəbərsizdirlər".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artisti Ədilə Əflaki deyib. O daha sonra əlavə edib.
"Bəs mən nə etməliyəm? Sözümü kimə deməliyəm?! Himayəmdə fiziki qüsurlu olan oğlumla səfalət içərisində yaşayırıq. Ev şəraitim dözülməzdir. Onda xahiş edirəm ki, mənə vaqon evlərdən alsınlar, mən də orada yaşayım. Əfsuslar olsun ki, modul evləri də qoymağa torpaq lazımdır. Gərək mənim 10-20 kv. metr torpağım olsun ki, modul evi qoyum. Mənim bir santimetr də torpağım yoxdur. Məni insanlar, xalq sevir, o qədər gözəl rəylər yazırlar verilişlərimə. O vaxt Almaniyada fəaliyyət göstərirdim. Düzdür, vətən şirindir, indi də vətənimi çox istəyirəm. Amma balam da əldən gedir, özüm də. Ən fəxri, şərəfli adları daşıyan mən görün nə gündə ömür sürürəm!" deyə müğənni bildirib.

Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 1249 Tarix: 24 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur
Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur. Sözügedən məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksin
24 iyunNASA-nın məxfi sənədlərində Ayda yadplanetli bazasının ehtimalı qeyd olunub
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ictimaiyyətə açıqladığı yeni məxfi sənədlərdə Ay səthində yadplanetlilərə aid bazanın olması ehtimalından bəhs edilir. -ın məlumatına əsasən, sözügedən faktla bağlı "Daily Mirror" nəşri xəbər yayıb. Məlumata görə, ABŞ hakimiyyətini
17 iyunAğdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. -ın məlumatına görə, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəl
29 iyunRusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttiham
20 iyunKasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı
"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba
24 iyunZakir Həsənov yeni generallara rütbələrini təqdim etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"
26 iyunAvropa İttifaqına daxil olma qaydaları dəyişir
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv olmaq istəyən namizəd ölkələrə ittifaqa tam daxil olmamışdan əvvəl iqtisadi imtiyazların verilməsi planı üzərində işləyir. xəbər verir ki, bu barədə iki məmura istinadən "Politico" nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, hazırda hökumətlər Aİ-y
26 iyun