Qəbul imtahanlarında olan bu fənlər LƏĞV OLUNUR?- VACİB AÇIQLAMA
Bu gün Azərbaycanda tətbiq edilən imtahan modeli ilə bağlı ciddi narazılıqlar var. Bu baxımdan şagirdlər və abituriyentlər bütün vaxtlarını həmin imtahanlara hazırlaşmaqla keçirirlər. Bu bu baxımdan ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında hansı fənlər ləğv oluna bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, Azərbaycan müstəqilliyi əldə etdikdən sonra, ali təhsil müəssisələrinə qəbul imtahanları test üsulu vasitəsilə həyata keçirilir:
"Etiraf edək ki, son illər dünyada, elm və texnologiyada əldə edilən irəliləyişlər onu göstərir ki, imtahanlar sadələşməlidir. Ümumiyyətlə Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq çox çətindir. Bizim abituriyentlərimiz, şagirdlərimiz bütün güclərini ali təhsil müəssisələrinin qəbul imtahanlarına sərf etdiyinə görə, universitetə daxil olduqdan sonra oxumaqda maraqlı olmurlar. Bu ciddi bir problemdir. Bu gün Azərbaycanda minimum kənd təsərrüfatı yaxud mühəndislik ixtisaslarına qəbul olmaq üçün ağır fizikanı, kimyanı, riyaziyyatı oxumalıdır. İmtahanlar sadələşdirilməlidir".
Ekspertin sözlərinə görə, xüsusən ikinci ixtisas qrupunda tarix fənninə ehtiyac yoxdur. İkinci ixtisas qrupunda yalnız riyaziyyat və coğrafiya fənləri qalmalıdır:
"Üçüncü ixtisas qrupunda fənlər istiqamətlənib. Buna da davam edilməlidir. Ümumiyyətlə imtahan modelləri ağırdır. İlk olaraq iki mərhələli imtahanlar dönəmindəyik. Dördüncü ixtisas qrupunda imtahan verən şəxslər riyaziyyat, Azərbaycan dili və xarici dil, ikinci mərhələdə isə üç fərqli fənlərdən imtahan verirlər. Hesab edirəm ki, dördüncü ixtisas qrupuna gedənlər yalnız fizika, kimya və biologiyadan imtahan verməlidir. Onların birinci mərhələdə verdikləri imtahana birmənalı şəkildə ehtiyac yoxdur. İkinci ixtisas qrupunda bir-birinə əks olan kifayət qədər ixtisaslar var. O ixtisaslar üçün bu qədər fəndən imtahan verməyə ehtiyac yoxdur. Kimsə kimya mühəndisi olmaq istəyirsə, ancaq kimyadan versin. Onun fizikadan imtahan verməyinə ehtiyac yoxdur. Orta məktəblərdə həmin fənlər tədris olunur. Ümumiyyətlə mövcud imtahan qaydalarımız çox çətindir. Yəni biz qaydaları sadələşdirməli, əlçatanlığı təmin etməliyik. Hal-hazırda olan imtahanlar birmənalı şəkildə çətindir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 5981 Tarix: 24 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı
Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb. -a istinadən xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib. Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Ne
29 iyul 2025Məşhur reper federal axtarışa verildi
Rusiya İstintaq Komitəsi məşhur reper Morqenşternin federal axtarışa verildiyini təsdiqləyib. -a istinadən xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib. Məlumata görə, reperə qarşı cinayət işi Moskva Şimal İnzibati Dairəsi üzrə İstintaq Komitəsinin Savelovski şöbəs
27 yanvar 2025Yeni il gecəsi öldürülən Emilin paylaşdığı son VİDEO
Xəbər verdiyimiz kimi, Yeni il gecəsi Bakıda ağır cinayət hadisəsi baş verib. xəbər verir ki, Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live Bar" gecə klubunun qarşısında qətl törədilib. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, saat 02:00 radələrində klubun daxilind
6 yanvarGecə paltaryuyan maşın qoşanların nəzərinə
Mütəxəssislər gecə saatlarında xüsusilə yatarkən paltaryuyan maşının işlək vəziyyətdə saxlanılmasının təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. xəbər verir ki, onların sözlərinə görə, elektrik naqillərində yaranan qısaqapanma, cihazın mühərrikinin həddindən artıq qızması və ya su sızmas
27 yanvarBelarus Azərbaycana süd konservlərinin tədarükünə başlayacaq
Belarusun "Rogaçev Süd Konservləşdirmə Kombinatı" Azərbaycanın "Foodini" və "Yaylaq" şirkətləri ilə süd konservləri, kərə yağı və quru süd məhsullarının tədarükünə dair saziş imzalayıb. xəbər verir ki, sənəd Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumu çərçivəsind
15 oktyabr 2025Çilidə dağın zirvəsində "sirli üz" peyda olub
Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb. "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədi
5 avqust 2025Blogger Samir Əliyev: YouTube-da İzlənmə Rekordları Qırır
Azərbaycanın ən məşhur blogerlərindən biri olan Samir Əliyev son illərdə sosial mediada böyük uğurlar qazanıb. O, 7 ildir ki, qısa metrajlı vine videoları çəkir və izləyicilərini güldürməyi bacarır. Lakin iki il əvvəl o, YouTube platformasına keçid etmək qərarına gəldi və bu qərar onun üçün inanılma
24 fevral 2025