Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı qızla bağlı ekspertiza rəyi açıqlandı
Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı Fidan Əliyevanın psixoloji vəziyyəti ilə bağlı ekspertiza keçirilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ekspertiza keçirilməsini xanım müttəhimin vəkili istəyib.
Vəkil iddia edib ki, Fidanın psixi problemləri var, anlaqsızdır. Vəsatətə prokuror da etiraz etməyib. İttihamçı deyib ki, həkim rəyini bilmək onlar üçün də maraqlıdır.
Məhkəmə tərəflərin təklifi ilə razılaşıb, vəsatəti təmin edib.
Bir neçə gün əvvəl isə ekspertiza rəyinin nəticəsi məlum olub, rəsmi şəkildə məhkəməyə təqdim edilib.
Amma ekspertiza rəyi təqsirləndirilən şəxsin anlaqsız olmasını təsdiq etməyib. Rəydə qeyd olunub ki, Fidan Əliyevanın psixoloji vəziyyəti normaldır.
Artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Növbəti iclasların birində prokuror ittiham nitqi ilə çıxış edəcək.
F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Amma qanuna görə, Azərbaycanda qadınlar ömürlük məhkum edilə bilməzlər.
Qeyd edək ki, F.Əliyeva Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiyada iştirak edən zaman Ermənistan xüsusi xidmət orqanının əməkdaşına Azərbaycan haqqında məlumatlar ötürməkdə ittiham olunur. Hadisə 2022-ci ildə baş verib. Onun həbsindən sonra düşmənə göndərdiyi səsyazıları və videoları yayılıb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2506 Tarix: 29 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala
30 sentyabrVüsalın qətlinə görə cəmi 10 min veribmiş...
13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c
28 sentyabrÖldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...
Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış
27 oktyabrAzərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 18 yaşlı Ə.X. əsgərlikdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib. Bu hadisə Azərbaycanın rayonlarından birind
2 noyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrAtasını öldürən Ayxana 1 il yarım həbs verildi
Atasını öldürməkdə ittiham olunan 19 yaşlı gəncin ittihamı yüngülləşdirilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün hökm çıxarıb. 19 yaşlı Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qəsdən öldürməkdə təqsirləndirilirdi. Prokurorluq onu Cinayə
14 oktyabrQubada 21 yaşlı oğlan müəmmalı şəkildə öldü
Qubada gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 29-u saat 01 radələrində Birinci Nügədi kəndində baş verib. 2005-ci il təvəllüdlü Cəfərov Səbuhi Azər oğlu yaşadığı evdə naməlum səbəbdən ölüb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyi
29 sentyabrProkuror general qızı haqda qərardan protest verdi
Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib. Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımı
16 noyabr