Sərkisyan həddini aşdı: Ona Bakıdan kim cavab verəcək?

Sərkisyan həddini aşdı: Ona Bakıdan kim cavab verəcək?Ermənistanın sabiq prezidenti, Xocalı qatili Serj Sərkisyan ölkəsinin Müstəqillik Günü ilə bağlı müraciətində revanşist fikirlər səsləndirib. O, dolayı yolla erməniləri yeni müharibəyə, işğal və qətliamlara çağırıb.

Globalinfo.az-a danışan politoloq Şəbnəm Həsənova deyib ki, Sərkisyan və bir neçə nəfər Azərbaycanla Ermənistan arasında əldə olunan nəticələrə, sülh prosesinə kölgə salmaq istəyirlər:

"Bu qüvvələr xaricdən idarə olunur, sözügedən istiqamətdə çox zəif də olsa, bir-iki budaq tutmağa ümid edirlər. Sərkisyan heç bir şəxsi nüfuzu, siyasi çəkisi olmayan, üstəlik istifadə olunub atılmış kartdır. Azərbaycanı guya hədələməsi öz şəxsi xəyallarının ifadə forması, xəstə təfəkkürünün məhsuludur. Məhz bu səbəblərdən Sərkisyan Azərbaycan tərəfindən cavab verilməli bir fiqur deyil. Cavab adətən rəsmi şəxslərə verilir. Yox, əgər revanşist ritorika praktikada tətbiqə keçsə, bunun nəticəsi hamıya məlumdur. Düzü, belə olacağını düşünmürəm. Azərbaycan qədər erməni cəmiyyəti də artıq bilir ki, bu şəxslərin məqsədi öz maraqlarının təmin olunmasıdır. Ermənilərin istifadə, xəyanət, üzüdönüklük xislətinə əmin olan regional aktorların da sayı artdı. İndiki azsaylı nümayişçilər də, Sərkisyan da sosial bazası, dayağı olmayan fiqurdur".

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Xocalıdan mühüm mesajlar verib:

"Məhz Şərqdə ilk müsəlman dövlət qurmuş xalqın ali nümayəndəsi kimi Müstəqillik Günündə Xocalını erməniləşdirməyə çalışan, separatçılıq yuvasına çevirən kəslərə məhz Xocalıdan, məhz Ermənistanda indi cərəyan edilən proseslər fonunda mesajın verilməsi tam yerində, zamanında atılmış addımdır. Ermənistanın ayağa dura bilməsinin yolu Xocalı faciəsini, hərbi cinayətini tanımaqdan, etirafdan və üzrdən keçir. Reallıq odur ki, Ermənistanın ali rəhbəri Nikol Paşinyandır. Bütün bunlardan sonra da məhz ondan yenidən müsbət fikir gəldi ki, Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasını mümkün hesab edir. Paşinyanın sülh sazişini istənilən gün imzalamağa hazır olduğunu bildirməsi, hər günü əla imkan kimi görməsi də onu göstərir ki, hər nə qədər pozucu cəhdlər edilsə də işlər Ermənistanda da nəzarət altındadır".

Ş.Həsənova xatırladıb ki, dövlət başçımız COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlməyin real göründüyünü bildirib:

"Sülhə gedən yol, sözsüz ki, hamar olmayacaq. Konkret və abstrakt olmaqla itkiləri də istisna etmək olmaz ki, istənilən yanlış addım Ermənistanın başında çatlayacaq. Qazaxın işğal altında olan yeddi kəndindən dördü Azərbaycana qaytarıldısa, itki olmadısa, Ermənistan dərk etməlidir ki, düyünlər itkisiz də açıla bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1379   Tarix: 30 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021