Prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı təbrik edib.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətləri məmnunluq doğurur. Siyasi, ticari-iqtisadi, enerji, müdafiə, humanitar və digər sahələrdə əlaqələrimiz çoxtərəfli qaydada birgə fəaliyyətimiz ilə müşayiət olunur. Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələri əhatə edən və gündən-günə yeni məzmunla zənginləşən qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini vurğulamaq istərdim. Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətlərinin səmərəli fəaliyyəti təqdirəlayiqdir. Bütün bunlar tərəfdaşlığımızın yüksək səviyyəsindən, mövcud əməkdaşlığımızı daha da şaxələndirmək əzmimizdən xəbər verir. Biz bu əməkdaşlığı daim diqqət mərkəzində saxlayır və dəstəkləyirik.
Ölkələrimizi birləşdirən sıx humanitar əlaqələri, o cümlədən elm və təhsil sahəsində səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan ADA Universiteti ilə İtaliyanın qabaqcıl universitetləri arasında uğurlu əməkdaşlıq bunun bariz nümunəsidir.
Heç şübhəsiz ki, mövcud potensialdan və yeni imkanlardan istifadə edərək çoxşaxəli əlaqələrimizi daha da genişləndirə, qeyri-neft sektorunda əməkdaşlığımızı əhəmiyyətli dərəcədə artıra bilərik. Cari ildə Azərbaycanın COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız üçün yeni imkanlar yaradır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İtaliya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim rifah və əmin-amanlıq arzulayıram.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA