Gündəmi zəbt edən saatlıq əməkhaqqı məsələsi: Ekspertlər suallara aydınlıq gətirdilər

Gündəmi zəbt edən saatlıq əməkhaqqı məsələsi: Ekspertlər suallara aydınlıq gətirdilərƏməkhaqqı təkcə işçiləri deyil, həm də işəgötürəni maraqlandıran həssas məsələdir. Əgər söhbət minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsindən gedirsə, onda məsələnin daha çox suallar doğurması təbiidir. Bu günlərdə gündəmi zəbt edən "Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər" xəbəri də cəmiyyətdə çoxsaylı suallar yaradıb. Məlumat Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Məsələ ilə bağlı ekspertlərin dünya təcrübəsinə istinad edilən "Dünya ölkələrində minimum aylıq əməkhaqqı yoxdur, minimum saatlıq əməkhaqqı mövcuddur. Minimum saatlıq əməkhaqqına görə minimum aylıq əməkhaqqı hesablanır" kimi fikirləri durmadan tirajlanmaqdadır.

Amma keçid zamanı hesablamanın necə aparılması, saatlıq əməkhaqqını təmin etmək üçün hansı şərtlərin irəli sürülməsi və s. kimi suallar hələlik açıq qalır.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Daha yüksək əməkhaqqına vəsilə olacaq?

Bir sıra ölkələrdə bu təcrübənin tətbiq olunduğunu deyən millət vəkili Vüqar Bayramov izah edir ki, keçidin əsas mahiyyəti məhz əməkhaqqının ay üzrə deyil, saatlar üzrə hesablanmasıdır: "Məqsəd ondan ibarətdir ki, vətəndaşın işlədiyi saatlara uyğun olaraq, əməkhaqqının hesablanması və ödənilməsi həyata keçirilsin. Bu, praktik olaraq aylıq minimum əməkhaqqını sıradan çıxması anlamına gəlmir. Çünki bu zaman saatlıq minimum əməkhaqqı əsasında ay üzrə minimum əməkhaqqı hesablanması mümkündür. Nəticədə bu, imkan verəcək ki, baza olaraq saatlıq minimum əməkhaqqıdan istifadə olunsun və onun əsasında aylıq maaş müəyyən edilsin. Bu da təbii ki, ay üzrə vətəndaşın əldə etdiyi əməkhaqqı məbləğinin müəyyənləşdirilməsinə gətirib çıxaracaq. Ona görə də gözlənilir ki, saatlıq əməkhaqqına keçid olarsa, bu zaman təbii ki, aylıq minimum da nəzərə alınmaqla qaydalar tənzimlənəcək". İqtisadçının sözlərinə görə, saatlar üzrə qiymətləndirilmə həyata keçirildiyi üçün bu, vətəndaşa bir yerdə deyil, bir neçə yerdə işləmək imkanı verə bilər. Nəticə etibarilə bu, işçinin daha yüksək əməkhaqqı almasına gətirib çıxarar".

Həftə sonu, bayram günləri işləyənlər sevinə bilərlər

V.Bayramov bildirir ki, müəyyənləşdiriləcək minimumlar həm özəl, həm də dövlət sektoru üçün keçərlidir: "Bu zaman hər hansı mülkiyyət mənbəyinə görə fərqləndirmə olmayacaq. Təbii ki, məbləğ mexanizmin özündən asılı olaraq müəyyənləşəcək. Bu, həm saatların sayı ilə bağlı minimumlar, həm minimum əməkhaqqı ilə bağlı mövcud qaydalar və gözləntilər nəzərə alınaraq müəyyənləşəcək məbləğ olacaq. Ona görə indidən saatlıq əməkhaqqının məbləğini söyləmək praktik olaraq mümkün deyil. Təbii ki, əsas meyar ondan ibarət olacaq ki, minimum əməkhaqqı məbləği nəzərə alınmaqla müəyyənləşsin. Bu da imkan verəcək ki, vətəndaş ay ərzində minimum əməkhaqqıdan daha yüksək əməkhaqqı ala bilsin". Qeyri-iş günlərinə və iş saatından artıq işləyən işçilərə gəlincə, ekspertin dediyinə görə, bu zaman qeyri-iş günləri, hətta işdən sonra işləyənlər üçün saatlıq əməkhaqqı məbləği fərqli olacaq: "Əslində, saatlıq əmək haqqının özəlliyi ondan ibarətdir ki, vətəndaş həftə sonu, bayram günlərində və ya iş saatından sonra çalışırsa, bu haqda xüsusi əmsala vurulmaqla onun əməkhaqqı hesablansın. Ona görə bu, imkan verəcək ki, daha çox işləyən, həftə sonu, qeyri-iş günləri işə dəvət olunan vətəndaşların əmək haqqı daha yüksək olsun. Bu, iş adamları tərəfindən daha aşağı əmək haqqının ödənilməsinin qarşısını ala bilər".

Əməyin ödənişi sistemində müasir standart

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov da təklif edilən yeniliyi əməyin ödənişi sistemində müasir standart kimi görür: "Yəni ixtisası olmayan bir işçi üçün bir saat ərzində minimum nə qədər ödəmək olar? Bu məsələdə "yuxarı" hədd tənzimlənmir, yalnız aşağı həddi nəzərdə tutulur. Bizim Əmək Məcəlləsində sosial-iqtisadi şərait nəzərə alınmaqla ixtisassız işçiyə verilə biləcək minimum əməkhaqqı mövcuddur. Gündə 8, həftədə 40, ayda 167 saat işləyən bir işçiyə 345 AZN-dən aşağı əməkhaqqı vermək olmaz. Fikrimcə, minimum əməkhaqqı bir saata 2 manat 05 qəpik düşür. Biz bunu 1 manat artırsaq belə, yekun məbləğ 500 AZN-i keçəcək. Dövlətin belə bir artıma gedib-getməyəcəyini bilmirəm. Çünki artım olsa, bu, dövlət büdcəsinə əlavə xərclər deməkdir". Ekspert bu istiqamətdə qərarın yaxın vaxtlarda qəbul olunacağına əmin deyil: "Fikrimcə, müvafiq qurumlar bununla bağlı təkliflərini hazırlayacaq, müəyyən hesablamalar aparacaq, bır sıra qanunvericilik aktlarına dəyişiklik ediləcək".

Ekspertin fikrincə, saatlıq əməkhaqqının iş saatından artıq və qeyri-iş günləri işləyənlərə aidiyyəti olmayacaq: "Belə çıxmasın ki, bundan sonra kim neçə saat işlədi, ona görə əməkhaqqı alacaq. Tutaq ki, kimsə dövlət qulluğunda bir inzibati vəzifə tutur, onun şərti əməkhaqqı 1000 AZN-dir və əmək müqaviləsində gündəlik 8 saat işləməsi yazılıbsa, o, əvvəlki kimi işləyəcək, onun üçün heç nə dəyişməyəcək. Və yaxud, siz jurnalistsiniz, gündə 8 saat işləməlisiniz və buna görə sizə 700 AZN pul ödənilir. Yeni qayda sizə də şamil edilməyəcək. Bunun minimum əməkhaqqı alanlara aidiyyəti olacaq". S.Məmmədov bütün hallarda belə bir müzakirənin olmasını dəstəkləyir: "Hələ MDB ölkələri bu sistemə keçməyiblər. Ola bilər ki, biz bu keçidi edən ilk ölkə olaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 940   Tarix: 02 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr