Valideynlər üçün hansı vacibdir: ÖVLAD yoxsa TƏHSİL? - ARAŞDIRMA

Valideynlər üçün hansı vacibdir: ÖVLAD yoxsa TƏHSİL? - ARAŞDIRMAXəbər verdiyimiz kimi, Bakının Günəşli qəsəbəsində imtahandan kəsildiyi üçün intihar etdiyi iddia olunan şagirdlə bağlı bəzi detallar məlum olub. Gəncin nənəsi bildirib ki, nəvəsi imtahandan kəsilməyib. Onun sözlərinə görə, nəvəsi 18 yaşında olub və imtahana gedən zaman bir anlıq canına qəsd edib. Ölən şəxsin qonşusu isə vurğulayıb ki, mərhumu bu gün səhər saatlarında görüb.

Hadisənin tam olaraq hansı səbəbdən, təfərrüatları tam dəqiq bilməsək də, mövzunun aktuallığını nəzərə alaraq bir araşdırma apardıq. Hər il qəbul imtahanları ərəfəsində abituriyentlərin intihar halları ilə tez-tez üzləşirik. İmtahanların verdiyi stresin gəncləri nə hala saldığını göz önündə qoyur. Əlbəttə ki, buna birtərəfli yanaşmaq olmaz. Valideynlər sanki uşaqlarının həyatını bu imtahanlara bağlayır. Bu yanaşma nə dərəcədə doğrudur? Bu gün valideynlər övladlarına onların bilik və potensialını, psixologiyasını nəzərə almaqla yanaşma göstərməlidir. Əgər uşaq ali məktəbə qəbul ola bilmirsə bu dünyanın sonu deyil. İmtahanda qazana bilmədiyi uğuru , sabah başqa sahədə əldə edirlər. Hər bir valideyn uşağının ali təhsilli və savadlı olmasını istəyir. Amma bunun üçün uşağa təzyiq etməyin də bir mənası yoxdur. Belə olan halda valideynlər üçün hansı daha vacibdir? Övlad yoxsa təhsil?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, imtahan prosesi psixoloji hazırlığı yerində olmayan, imtahanda uğur əldə edə bilməyən, eyni zamanda imtahanda uğur qazanmadı deyə hər şey bitdi deyə düşünən xeyli sayda gənclərimiz üçün ağır proses olur:
Valideynlər üçün hansı vacibdir: ÖVLAD yoxsa TƏHSİL? - ARAŞDIRMA"Biz zaman-zaman müşahidə etmişik ki, intihar və intihara cəhd edən gənclərimiz var. Düşünürəm ki, imtahan öncəsi ailələr övladlarının yanında olmalı və dəstəklərini ifadə etməlidirlər. İmtahan öncəsi uşağı hazırlamalıdır. Ən əsası isə məsuliyyət və yük ailənin üzərinə düşür. Ailə, valideynlər və uşağın yaxınları, müəllimləri uşaqlarımız ilə ciddi işləməlidirlər. Onları psixoloji cəhətdən hazır vəziyyətə gətirməlidirlər. Həyat bir imtahandan ibarət deyil. Həyatı uşaqlara izah etmək lazımdır. Uğur qazanmaq da olar yaxud bunun əksi baş verə bilər. Amma bununla ruhdan düşüb və hər şeyin bitdiyinə dair beynində fikirlər yaratmaq həqiqətən qorxuludur. İntihar bir intihar bir ailənin faciəsidir. Bu kimi qorxulardan, düşüncələrdən övladlarımızı azad etməliyik. İntiharın səbəbləri psixoloji natamamlıqdan irəli gəlir".

Ekspert deyib ki, bəzən bir imtahanda uğur qazana bilməyən şagirdə evdə basqılar olur. Valideynlər uşağa təcrid olunmuş və ondan üz döndərmiş kimi davranmalı deyil:

"Bu gün övladlarımız hansısa uğursuzluq əldə edibsə, sabah uğurlar qazana bilər. Buna onları hazırlamaq lazımdır. Ailələrdə övladlara qarşı bir çox hallarda uğursuzluqdan irəli gələn basqılar, danlaqlar mövcuddur. Eyni zamanda uşaqlar ilə bu məsələ üzrə iş aparılmaması halları var. Bütün bu amillər uşağın sarsıntı keçirməsinə və psixoloji travma almasına gətirib çıxarır. İnsanın özü bioloji və psixoloji varlıqdır. Hər kəsin psixoloji hazırlığı eyni deyil. Bu gün uşaqların içindən keçənləri anlamaq həqiqətən çətindir. İntiharı seçən uşaqlar zaman-zaman bunu beynində formalaşdırırlar. İmtahana qədərki mərhələdə uşaq özü üçün qərar qəbul edir ki, uğur qazanmasam intihar edəcəm. Bu da nədən irəli gəlir? Evlərdə və ailələrdə uşağa bu imtahan hər şey deməkdir kimi anlayışı formalaşdırırlar. Belə bir yanaşma var və bu çox yanlışdır. Bütün bu hallar uşağın özgüvənini zəiflədir".

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun sözlərinə görə, təəssüf ki, cəmiyyətdə formalaşmış ictimai düşüncə var ki, hər kəs ali təhsil almalıdır:
Valideynlər üçün hansı vacibdir: ÖVLAD yoxsa TƏHSİL? - ARAŞDIRMA"Hər kəs təhsil almalıdır, gələcək peşəsi üçün. Peşə seçimində isə uşaqlara təzyiq etmək doğru deyil. Uşaqlara səhv etməkləri üçün imkan yaradılmalıdır. Valideynlər övladları üçün narahat olurlar. Amma narahatlıqlarını düzgün ifadə etmirlər. Övlad və valideyn arasında dialoq yoxdur. Valideyn öz əziyyətinin bəhrəsini görmək üçün övladına təzyiq edir. Həyatda bütün əziyyətlərin nəticəsi olacaq deyə bir qayda yoxdur. İnsanın özündən vacib yenə də özüdür. Valideynlər özlərini övladlarının yerinə qoymurlar. Hadisələri fəlakətləşdirirlər. Ətrafdakılarla övladlarını müqayisə edib, övladlarının özlərinə dəyərini kiçildirlər. Övladlarını yalan danışmağa təhrik edirlər. Yüksək bal toplamaq bilik yox, düzgün zaman və əzbərçilik göstəricisidir. Yüksək bal toplamağın mahiyyəti böyükdür. Amma həyatda heç bir əhəmiyyəti yoxdur. Düzgün seçim və edilən seçimə sevgi olmalıdır".

Psixoloq bildirib ki, başqalarına özünü ifadə etmək istəyənlər özününkülərin həyatını məhv etməsinlər. Bu rəqabət sağlam deyil. İnsan başqalarına görə yaşamamalıdır:

"İntihar etmək, şəxsin formalaşmış ictimai düşüncəyə özünü ifadə etməsidir. Valideynlər övladlarının gələcəyini sevgi ilə inşa etməlidirlər, kağız parçası ilə deyil. Uğursuzluq bədbəxtlik deyil, uğurun başlanğıcıdır. Valideynlər övladlarının düşüncəsində intihar toxumları əkməməlidirlər. Sonra baş verəcək hadisələrdə peşman olacaqlar. Heç bir ixtisas, heç bir ali məktəb insanın həyatından artıq deyil. İnsan etdiyi səhvlərin cavabını özü alır. Övladları həyatın imtahanlarına hazırlamaq lazımdır. Həyatda beş almağı tədris etməliyik. Hər zaman vurğulayıram, imtahanda dörd səhv bir düzü aparırsa, həyatda bir səhv bütün düzləri aparır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 934   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kommunal borca görə məhkəməyə düşənlər üçün yeni QAYDA

Məhkəmələrin üzərinə kommunal xidmətərə dair işlərlə bağlı yeni öhdəlik qoyulub. Söhbət təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsinə dair işlərdən gedir. Belə ki, təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməs

4 aprel
.

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

Gəncə şəhərində 19 yaşlı Ləman Əliyeva dəm qazından boğularaq ölüb. xəbər verir ki, o, Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin birinci kursunda ali təhsil alırdı. Onun fotosunu təqdim edirik:

6 aprel
.

Muzeylər bu agentliyin tabeliyinə verilir

Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin birbaşa tabeliyindən çıxarılaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir. APA-ya istinadən xəbər verir ki, hazırda bununla bağlı Dövlət Xidmətində müvafiq işlər görülür. Yaxın günlərdə muzeylərin adıçəkilən xidməti

6 aprel
.

Papillon Hotels: Aralıq dənizi estetikası, 30 illik ənənə və premium istirahətin yeni ritmi

Papillon Hotels-in tarixi 1992-ci ilə gedib çıxır. Həmin vaxtdan etibarən brend Aralıq dənizi regionunun aparıcı kurort istiqamətləri arasında mövqeyini möhkəmləndirib və Papillon Belvil, Papillon Zeugma və Papillon Ayscha otellərini açıb. Bu gün Papillon Hotels - 30 ildən artıq qonaqpərvərlik mədəniyyətin

6 aprel
.

Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib

Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib. "Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur. Ötən ay ən çox sərnişin martın 6-da daşınıb - 796 734 nəfər. Bayram günlərində mərkəz istiqamətind

4 aprel
.

Şabranda evi su apardı, sakinlər təxliyə olundu

Bir neçə gündür yağan intensiv yağışlardan sonra Şabran rayonundan keçən Dəvəçiçayda da daşqın olub. "Qafqazinfo" xəbər verir ki, nəticədə çayın yaxınlığında yerləşən yaşayış evləri və obyektlər üçün təhlükəli vəziyyət yaranıb. Problemlə əlaqədar Şabran Rayon İcra Hakimiyyətinə müraciət etdik

6 aprel
.

Azərbaycanda vergi bəyannaməsi mobil tətbiq üzərindən təqdim ediləcək

Azərbaycanda vergi bəyannamələrinin mobil tətbiq üzərindən təqdim edilməsi nəzərdə tutulur. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis əvəzi Samir Qəhrəmanov Bakıda keçirilən "Verg

4 aprel
.

Məktəbli qız dəm qazından zəhərləndi

Ağdaş rayonunda məktəbli qız dəm qazından zəhərlənib. -ın məlumatına görə, hadisə şəhər ərazisindəki evlərdən birində baş verib. Şəhər sakini, 2011-ci il təvəllüdlü T.Qarazadə yaşadığı evdə dəm qazından zəhərlənib. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Həkimlərin səyi nəticəsində 15 yaşl

6 aprel
.

​Pensiyalar yenə artacaq?

2026-cı ildə Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı qərar qüvvəyə minib. Rəsmi məlumatlara əsasən, pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilib. Artım təxminən 9-10 faiz təşkil edib ki, bu da minlərlə pensiyaçının gəlirlərində artıma səbəb olub

4 aprel