Hər bir vətəndaş yığılan pensiya kapitalının MƏBLƏĞİNİ BİLMƏLİDİR - AÇIQLAMA

Hər bir vətəndaş yığılan pensiya kapitalının MƏBLƏĞİNİ BİLMƏLİDİR - AÇIQLAMABildiyimiz kimi, Azərbaycanda pensiya sistemi ilə bağlı ciddi narazılıqlar var. Artıq insanlar pensiya yaşına çatmadan vəfat edir və pensiya kapitalı ortada qalır. Vəfat edən şəxsin pensiya kapitalı həyat yoldaşına verilir. Amma yığılan kapital vərəsələrinə ötürülmür. Vətəndaşlar xəstəlikləri, problemləri olduqlrı bu halda pensiya kapitalından istifadə edə bilmirlər. Bu baxımdan Azərbaycanda vətəndaşların pesniya kapitalından istifadəsi, o cümlədən vərəsələri arasında blüşdürülməsi istiqamətində hansı addımlar atıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, Azərbaycanda pensiya sistemi yarıtmaz vəziyyətdədir. Yəni bunu tezliklə düzəltmək lazımdır. Müasir dövrdə, qabaqcıl dövlət üçün bir çox məsələlər öz qaydasına düşməlidir:

"Bunlardan biri də pensiya problemidir. Görün necə eybəcər bir vəziyyət yaranıb. Bütün ömrü boyu prokuror , məhkəmə və hüquq-mühafizə orqanları işləyən bir adamların aldığı əməkhaqqıdan başqa, əlavə gəlirləri olur. Bu heç kimə sirr deyil. Onların həyat şəraitinə baxanda hər şey aydındır. Bu adamlar pensiyaya çıxanda 2-3 mindən manatdan artıq pensiya alırlar. Amma bütün ömrünü elmə həsr edən, Azərbaycanda xeyli kadr yetişdirmiş adam pensiyaya çıxanda cüzi bir məbləğ alır. Bu pensiyada onun yaşlanmış vaxtda dərman puluna çatmır. Ona görə də Azərbaycanda pensiya sistemi köklü şəkildə dəyişməlidir".

Sosioloqun sözlərinə görə, hazırda mövcud sistem Azərbaycanın adına layiq bir pensiya sistemi deyil:

"Bir çox adamları vergi verir, pensiya yaşına 1 il yaxud bir neçə ay qalmış vəfat edir. Onun pensiyası isə məhv olur. Bu adam axı öz əməkhaqqından pensiya verib. Bu kapital niyə itməlidir ki? Çində pensiya sistemi çox maraqlıdır. Adamlar ömrü boyu pensiya sisteminə əməkhaqqından pul verir. Konkret məbləğ formalaşır və şəxs vəfat etdikdən sonra bu məbləğ ailəsinə qayıda bilər. Digər tərəfdən bu məbləği ailəsi bağışlaya bilər. Bu yığılan pensiya ilə bağlı məsələni ailə özü həll edir. Bizim qanunvericilikdə belə bir sistem yaradıla bilər. Böyük bir məbləğ varsa, yaxşı olar ki, məbləğin miqdarını şəxsin özü də bilsin. Bu baxımdan burada tam olaraq yaş məsələsi ilə birlikdə, mövcud problemlər aradan qaldırılmalıdır. Əməkhaqqından yığılan pensiya şəxs niyə bilməməlidir ki, bu pul nə qədərdir yaxud haradadır. Bu baxımdan köklü dəyişikliklərə ehtiyac var".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8059   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr