"Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmağa yönəlmiş hər bir oyun iflasa uğrayacaq" - DEPUTAT
"Türkiyədəki SOCAR-ın ofisinə edilən basqın Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərin korlanmasına istiqamətlənmiş addımdır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, hər kəsə məlumdur ki, SOCAR-ın İstanbuldakı ofisinə hücum edənlərin dərdi Fələstin deyil:
"Türkiyədəki SOCAR-ın ofisinə edilən basqın əslində eyni ssenari üzrə Azərbaycana edilən növbəti təzyiqdir. Ölkəmizin öz gücünə ərazi bütövlüyümüzü bərpa etməsini qəbul etməyən bəzi qüvvələr bizə qurşaqdan aşağı zərbə vurmaq istədilər. Lakin hər zaman olduğu kimi yenə də özlərini ifşa etdilər. Mayın 31-də Türkiyədəki SOCAR-ın ofisinə hücum edənlər İran tərəfindən dəstəklənən qruplaşmalardır.Təbii ki, bu qruplaşmaların dərdi Fələsinlə bağlı deyil. Onlar sadəcə ölkəmiz əlehinə istifadə olunan"kukla"dırlar. Məqsəd də Azərbaycanı qardaş Türkiyənin gözündən salmaqdır. Çünki yaxşı bilirlər ki, Türkiyə bir çox dövləti qarşına alaraq Fələstinlə bağlı ən ciddi addımlar atan ölkədir".
Deputat vurğulayıb ki, Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmağa yönəlmiş hər bir oyun iflasa uğrayacaq:
"Çünki qardaş Türkiyə də yaxşı bilir ki, təxribatçıların iddiaları tamamilə yalan və uydurmadan başqa bir şey deyil. SOCAR İsrailə neft satması ilə bağlı çıxan məlumatlar feykdir. Bu gün dünya neft bazarında bütün şirkətlər mallarını treyder şirkətlərə satırlar. Şirkətlər də treyderlərin nefti kimə satdığına nəzarət edə bilmirlər".
Deputat söyləyib ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz və əbədidir:
"Heç bir qüvvənin iki ölkə arasındakı sarsılmaz bağları zədələməyə gücü çatmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 759 Tarix: 03 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrAzərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrPensiya yaşı ilə bağlı yeni QAYDA
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabr