Bakı metrosunda baş verən DƏHŞƏTLİ OLAYLAR: Təhlükəsizlik necə təmin olunur? - AÇIQLAMA

Bakı metrosunda baş verən DƏHŞƏTLİ OLAYLAR: Təhlükəsizlik necə təmin olunur? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Bakı metrosunun "28 May" stansiyasından üzü "Həzi Aslanov" stansiyası istiqamətində gedən qatar yolunda sərnişin relslərin üzərinə yıxılıb. Metronun "28 May" stansiyasında qatar yoluna düşən sərnişin (cinsi kişi) ölüb. Bakı metrosunun "28 May" stansiyasında qatar yoluna düşərək həlak olan sərnişin nazirliyin sabiq əməkdaşı olub. 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayev Fövqəladə Hallar Nazirliyində (FHN) çalışıb və bir neçə ildir ki, təqaüdə çıxıb. Qatar həmin şəxsin üstündən keçib və o, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu il ərzində demək olar ki, bir neçə dəfə sərnişinlərin qatar yoluna düşməsi kimi hallar yaşanıb. Edilən xəbərdarlıqlara baxmayaraq, bu kimi hallar sərnişinlərin diqqətsizliyindən irəli gəlir. Baş verən hadisələrin səbəbləri fərqlidir. Bəs Bakı metrosunda təhlükəsizlik necə təmin olunur?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, belə hadisələr "Bakı Metropoliteni"ndə baş verib. Onların hər birinin xarakteri, səbəbləri və nəticələri bir-birindən tamamilə fərqlidir. Sərnişin təhlükəsizliyi "Bakı Metropoliteni" üçün prioritet vəzufələr sırasındadır. Bu birmənalıdır. Bütün fəaliyyətin qurulmasında hər bir məsələnin həll prizması məhz sərnişin təhlükəsizliyinə dayanır:

"Bu məsələlərin özünəməxsus nüansları, xarakteri olur. Bu gün sərnişinlərin məlumatlı olması baxımından "Bakı Metropoliteni" istər insan resursları, istər də texniki arsenalında olan bütün imkanlarından fəal və səmərəli şəkildə istifadə etməyə çalışır. Baş verən hadisələr məhz görülən tədbirlərə və mövcud qaydalara, bəzi hallarda sərnişin diqqətsizliyi və sayğısızlığı nəticəsində baş verə bilər. Dünənki hadisə ilə bağlı isə araşdırma aparılır. Səbəblər və nəticələr bəlli olduqdan sonra biz bu barədə danışa bilərik. Bununla bağlı araşdırmalar aidiyyəti qurumların gördüyü tədbirlərdir. Ümumiyyətlə hansı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi hər cari iş günün əsas vəzifələrindəndir. Ən mühüm məsələ burdadır. İşçilərinin bu məsələlər ilə bağlı hazırlıqlı olması, müvafiq qaydada təlimat keçməsi ilə bağlı hər bir şey aydındır. Hər dəfə hadisə baş verəndə konkret olaraq ayrı-ayrılıqda işçilər ilə iş aparılır. Bununla yanaşı, illik plan əsasında işçilərin hazır vəziyyətdə olması həm onlara keçilən təlim-məşğələlərdə, həm də onların cəlb olunmasında, praktiki fəaliyyətində əyani şəkildə yoxlanılır".

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi ilə bağlı iki əsas istiqamət ola bilər. İlk olaraq insan resurslarından istifadə olunması, ikincisi isə texniki məsələdir. İnsan resurslarından istifadə olunması ilə bağlı metropoliten müxtəlif tədbirləri görür. Bunun ən bariz nümunəsi, hər kəsin gördüyü sıxlıq olan stansiyalarda əlavə işçi qüvvəsinin ayrılmasıdır:

" Eyni zamanda eskalatorlarda gur saatlarda nəzarət sisteminin gücləndirilməsidir. Bu kimi məsələlər aydındır. Lakin müvafiq hadisələrin baş verib-verməməsindən asılı olaraq monitorinqlər aparılır. Bu qayda ilə əlavə tədbirlərin görülməsi mütləq qaydada araşdırılır. Texniki nüanslar isə çoxşaxəli və geniş bir məsələdir. Burada daha çox konkret suallar əsasında qurmaq olar. Amma daim belə hadisələr baş verəndə ən aktual məsələ kimi təhlükəsizlik qapılarının qoyulması gündəmə gətirilir. Bizim bununla bağlı mətbuatda bəlli cavanlarımız var. Bu diqqətdən kənarda saxlanılmayan bir mövzudur. Gündəlik iş rejimimizin tərkibində olan bir məsələdir. Konkret olaraq bununla bağlı müvafiq araşdırmalar aparılıb. Amma bu qədər sadə tətbiqin edildiyi bir məsələ deyil. Bunun üçün kifayət qədər əsaslandırılmış böyük işlər aparılmalıdır. Məsələn birinci növbədə platforma səviyyəsinə konstruktiv olaraq əsaslı işləri görülməlidir. Çünki "Bakı Metropoliteni"nin infrastrukturunda hər bir məsələ, tikinti norma və qaydaları digər normativlər ilə tənzimlənir. Biz istəsək evimizin bir divarını söküb yerinə başqa qapı qoya bilərik. Amma Bakı metropolitenində bu birmənalı olaraq qadağandır".

Bəxtiyar Məmmədov vurğulayıb ki, hər bir sahənin özünəməxsus funksionallığı və əhəmiyyəti var. Bu konstruksiyalar nə qədər yüngül olsa belə, ilk növbədə bu prizmadan keçirilməlidir. İkinci vacib məsələ burada onun texniki tərkib hissəsidir. Yəni platformalarda və qatarlarda olan qapıların sinxron və paralel, eyni vaxtda açılmalıdır:

"Qapıların bir-birinə açılmasının düz gəlməməsi hallarına yol verilməməlidir. Bunun üçün təbii ki, dünyada tətbiq olunan aparıcı sistemlər var. Bu sistemlərin tətbiqi sadəcə olaraq bütün qatarlarda və eyni zamanda bütün stansiyalarda birmənalı olaraq tətbiq olunmalıdır. Əks təqdirdə bu sistemin quraşdırılması qeyri-mümkündür. Bunun üçün kifayət qədər böyük vəsait tələb olunur. Amma vəsaitin tələb olunmasından əlavə olaraq, kifayət qədər çoxsaylı məsələlər öz həllini tapmalıdır. Məsələn platforma qapısı quraşdırılandan sonra, qatarların hərəkətindən yaranan hava təzyiqinin tənzimlənməsi, yönləndirilməsi, eyni zamanda stansiya və tunellərin havalandırılması zamanı kompleks olaraq mövcud infrastruktur əsas götürülür. Metropoliten stansiyaları inşa olunarkən onlar platforma qapıları üçün nəzərdə tutulmadığından bu məsələlərə xüsusi yanaşılmalıdır. Platforma qapısının tutduğu sahə və ərazi artıq platformanın sərnişin tutumu və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aspektləri gündəmə gətirir. Bunlar həllini tapmalıdır. Bunun kimi bir çox amilləri sadalaya bilərik və onların həlli heç də asan bir məsələ deyil".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1209   Tarix: 03 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr