Rusiyanın "gizli əli" Bakıda nə iş görür?
Rusiyanın yaratdığı Xaricdə Yaşayan Həmvətənlərə Dəstək və Hüquqlarının Müdafiəsi Fondu (Pravfond) əslində Kremlin nüfuz əməliyyatları üçün alətdir.Globalinfo.az xəbər verir ki, bu barədə "Qardian" qəzeti Avropa xüsusi xidmət orqanlarından əldə etdiyi sənədlər əsasında məlumat yayıb.
Məlumata görə, "Pravfond" xüsusilə avropalılara yönələn təbliğatçı saytları maliyyələşdirir. Bundan başqa, təşkilat ABŞ-da mühakimə edilən silah baronu Viktor Butun hüquqi müdafiəsinin maliyyələşdirilməsi, çeçen səhra komandiri Zəlimxan Xanqoşvilini qətlə yetirən Vadim Krasikovun haqlarının qorunmansını həyata keçirib. Bütün bu işlər üçün Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarından istifadə edilib.
Qəzet yazır ki, "Pravfond"un Yaxın Şərq, Moldova, Şimali Avropa və Baltikyanı ölkələrdəki fəaliyyətinə Xarici Kəşfiyyat Xidmətinin agentləri Vladimir Pozdorovkin və Anatoli Sorokin rəhbərlik edir.
Qeyd edək ki, "Pravfond" 2012-ci ildə yaradılıb. Təşkilatın yaradılmasında Rusiya Xarici İşlər Nazirliyi yaxından iştirak edib və dolayı yolla ona tabedir. Təşkilat hazırda bütün dünyada və Avropanın 48 ölkəsində fəaliyyət göstərir.
Bununla belə açıq mənbələrdə "Pravfond"un Azərbaycanda da bir çox layihələrin maliyyələşdirilməsində iştirak etdiyi görünür. Belə ki, Rusiyanın Azərbaycandakı Səfirliyinin saytına əsasən, 2015-ci ildə Azərbaycandakı Rus İcmasının tərkibində Həmvətənlərə Dəstək üzrə Konsultativ Mərkəz məhz "Pravfond"un maliyyələşdirilməsi ilə yaradılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sodayla ağ saçlardan qurtulmağın yolu
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?
XƏBƏRDARLIQ! Şimşək çaxacaq, dolu düşəcək... - SABAHIN HAVASI
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
"Gecə evimə basqın edib maşını tələb etdilər" - Vətəndaşların avtomobilini əlindən alan dələduzluq şəbəkəsi - VİDEO
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək
Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?
Oğlan uşaqlarına bu sözləri qətiyyən deməyin
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO