"Vəzifəli şəxsin sifarişi ilə törətmədiyi qətlə görə ömürlük həbsi biabırçılıq idi"

"Vəzifəli şəxsin sifarişi ilə törətmədiyi qətlə görə ömürlük həbsi biabırçılıq idi"Avropa İnsan Hüquqları Məhkəməsi Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanovun oğlu Ruslanın qətlində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Vüqar Əliyevlə bağlı qərar verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə V.Əliyevin vəkili Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, 2022-ci ildə əfv sərəncamı ilə cəzası 25 ilə endirilən Vüqar Əliyevin təqsirləndirildiyi prosesdə qanun pozuntularının olması Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən təsdiqlənib: "Məhkəmənin qərarı ilə Konvensiyanın 6.1-ci maddəsinin pozuntusu tanındı. Bu maddə ədalətli araşdırma hüququnun pozuntusunu nəzərdə tutur və məhkəmə prosesinin açıq deyil, qapalı keçirilməsi və prosesin uzun müddət davam etdirilməsi pozuntu kimi tanınıb. Adətən 6.1-ci maddəsi tanınarkən cavabdeh ölkə həmin işə yenidən baxmalıdır. Həmçinin qərarda kompensasiya da nəzərdə tutulub. Hüququnun pozulması ilə bağlı olaraq mənəvi zərərə görə Vüqar Əliyevə 4500, ona hüquqi yardıma görə isə 1000 avro kompensasiya nəzərdə tutulub. Ümid edirik ki, hökumət bu qərarı əsas götürərək hökmə yenidən baxacaq".

Ə.Mustafayev bildirib ki, Vüqar Əliyevin cəza müddətinin başa çatmasına 4 ilə yaxın vaxt qalıb: "May ayında onun həbs edilməsinin 21 ili tamam oldu. Ümid edirik ki, daha uzun müddət keçmədən işə yenidən baxılacaq və o azadlığa çıxacaq".

Vəkil əlavə edib ki, 2003-cü ildə törədilmiş qətl işi araşdırılarkən və məhkəmə prosesi dövründə çoxsaylı pozuntulara yol verilib: "Aslan Aslanovun oğlunun qətlə yetirildiyi hadisənin cəmi 3 iştirakçısı olub. Onlardan biri R.Aslanov qətlə yetirilib. Vüqarla nişanlanmamışdan əvvəl onunla münasibətdə olmuş Lamiyə ilkin dindirmədə Ruslanın onu bədbəxt etdiyi üçün qətlə yetirdiyini, bu qətlin hazırlanmasında və icrasında Vüqarın, ümumiyyətlə, iştirakı olmadığını bildirib. Vüqar da öz ifadəsində Lamiyənin dediklərini təsdiq edib. Bıçaqda Vüqarın barmaq izlərinin olmaması bu ifadələrin həqiqiliyini təsdiq edirdi. Lakin belə ifadələr maraqlı şəxsləri qane etmirdi. İlkin ifadənin gecəsi Lamiyə digər müstəntiq tərəfindən dindirmədə Vüqara qarşı ifadə verir. Bu dindirmə 16 yaşı olmamış şəxsin dindirilməsi normalarına zidd aparılır. Məhkəmədə Lamiyə ilkin ifadəsini təkrar edir, işgəncələrə məruz qaldığı üçün Vüqara qarşı ifadə verdiyini bildirir".

Vəkil qeyd edib ki, istintaq dövründə Vüqar ciddi işgəncələrə məruz qalsa da, özünə qarşı ifadə verməyib. Məhkəmə isə Lamiyənin ilkin dindirmədə və məhkəmədə verdiyi ifadələri deyil, ikinci dindirmədə verdiyi ifadə əsasında hökm çıxarıb. Lamiyəyə 10 il, Vüqara isə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. Cinayət işi başlananda Vüqar və Lamiyə ilə birlikdə Vüqarın atası, anası, qardaşı və xalası, Lamiyənin yeganə valideyni olan anası da tutulur və bir müddət həbsdə saxlanılıblar. Vüqarın atası saxta ittihamla 4 ilini məhbəsdə keçirib".
"Vəzifəli şəxsin sifarişi ilə törətmədiyi qətlə görə ömürlük həbsi biabırçılıq idi"Əsabəli Mustafayev bildirib ki, Vüqarın valideynləri 2010-cu ildə ona müraciət edib və qanunsuzluqları üzə çıxarıb: "Məlum oldu ki, onun işindən vəkillər tərəfindən bir neçə dəfə kassasiya şikayəti verilib, lakin müddət ötürüldüyü üçün baxılmayıb, müddətin bərpası barədə vəsatətlər isə təmin edilməyib. Mən Vüqar ilə Qobustanda görüşəndə söhbət əsnasında o, qeyd etdi ki, özü də kassasiya şikayəti verib, amma A.Aslanovun təzyiqi ilə həbsxanadan onu Ali Məhkəməyə göndərməyiblər. Mən bu faktın araşdırılması xahişi ilə Ombudsman aparatına müraciət etdim. Getdilər yerində araşdırdılar. Dəftərxanadakı jurnal ilə müəyyən olundu ki, həqiqətən də belə şikayət qeydə alınıb, ancaq məlum olmayan səbəbdən ünvana göndərilməyib. Ombudsman aparatının əməkdaşları bu barədə akt bağlayıb və dəftərxana işçisindən izahat alıblar. Bu sənədlər ilə mən Ali Məhkəmənin Plenumuna müraciət edərək yeni açılmış hallara əsasən kassasiya şikayətinin verilmə müddətinin bərpasını xahiş etdim. Plenumun iclasına sədrlik edən o zamankı sədr Ramiz Rzayev ilə bir balaca çəkişməmiz də oldu (çünki istintaqın başında həmin dövrdə o dayanırdığından bu işin nəticəsində maraqlı idi). Lakin pozuntu o qədər açıq-aydın idi ki, müddətin bərpa olunmasından başqa digər qərarın qəbulu mümkün deyildi. İş baxılması üçün kassasiya instansiyasına qayıdanda mən də öz adımdan kassasiya şikayəti təqdim etdim, çünki Vüqarın tərtib etdiyi şikayət ilə mübarizəni davam edə bilməzdik. Kassasiya şikayəti hazırlayarkən mən arxivdə iş materialları ilə tanış oldum və oxuduqlarımdan dəhşətə gəldin. Adama qarşı bir nəfər ifadə verməyib, maddi sübutlar yox, amma ömürlük həbs cəzası verilib. Məhkəmə sənədlərində Lamiyənin məhkəmədə verdiyi ifadələr əks olunmayıb, hökmdə bu ifadə istintaqdakı ikinci dindirməni təkrarlayırdı. Mənə isə Lamiyənin məhkəmədə verdiyi ifadə lazım idi. Yadıma düşdü ki, ANS belə məhkəmə proseslərində çəklişlər aparırdı. Telekanalın arxivini araşdırdım və həmin məhkəmədə aparılmış çəklişi tapdım. Süjetdə Lamiyənin məhkəmədə verdiyi ifadə təkrar olunurdu. Bu fakt şikayətin əsaslarından biri oldu. Lakin gözlənildiyi kimi kassasiya şikayəti təmin olunmadı, amma Avropa Məhkəməsinə yolumuz açıldı. Əlbəttə, Vüqar hadisə yerində olub, qətli görüb. Onu ən çoxu cinayət barəsində xəbər verməməkdə ittiham etmək olardı. Lakin törətmədiyi qətlə görə onu vəzifəli şəxsin sifarişinə görə ömürlük azadlıqdan məhrum etmək hüquq sisteminin biabırçılığı idi".

Qeyd edək ki, Lamiyə Quliyeva 2015-ci ildə azadlığa çıxıb. O, 2012-ci ildə həbsdə olarkən övlad dünyaya gətirməsi ilə gündəmə gəlmişdi və bu hadisə barədəki cəzalar daha da aktuallaşmışdı.

Şəmkirin icra başçsı və kənd təsərrüfatı nazirinin birinci müavini kimi vəzifələri tutumuş Aslan Aslanov isə 2018-ci ildə 56 yaşında vəfat edib.

​Xatırladaq ki, yazıda adıkeçən Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayev 2023-cü ildə vəzifəsindən azad olunub. İnam Kərimovun Ali Məhkəməyə sədr təyinatından sonra məhkəmə-hüquq sahəsində islahatlara başlanılıb.
"Vəzifəli şəxsin sifarişi ilə törətmədiyi qətlə görə ömürlük həbsi biabırçılıq idi"


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1409   Tarix: 06 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

"NovaMed" klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər". Bu barədə "Qafqazinfo"ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib. Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsind

7 avqust
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S.Babazad

28 avqust
.

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə dah

6 avqust
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

6 avqust
.

Dəhşətli qəzada ölən Elmirin fotosu - Hadisə yerindən görüntülər

Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 4-nə keçən gecə - saat 01 radələrində Zuğulba şosesinin Buzovna ərazisindən keçən hissəsində Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 01-CO-753 dövlət nömrə nişanl

5 avqust
.

DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla

31 avqust
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

3 sentyabr