Azərbaycanda hərbi xidmət müddəti 1 ilə ENDİRİLƏ BİLƏR - AÇIQLAMA
44 günlük Vətən müharibəsi və uğurla keçirilən antiterror əməliyyatlar nəticəsində Qarabağda separatizmə son qoyuldu. O cümlədən Qazaxın kəndləri danışıqlar əsasında geri qaytarılır, delimitasiya və demarkasiya prosesləri həyata keçirilir. Artıq ilkin sülh müqaviləsinin imzalanmasının vaxtı gəlib çatıb. Azərbaycan tərəfi daim ilkin sülh müqaviləsinin imzalanmasına hazırlıqlı olduğunu bildirib.
Əldə edilən nəticələr onu göstərir ki, regionda reallıqlar dəyişib və yumşalma prosesi gedir. Bildiyimiz kimi, Azərbaycanda ali təhsil olmayanlar 1 il 6 ay, universitet bitirən çağırışçıların hərbi xidməti isə 1 ildir. Belə olan halda Azərbaycanda məktəbi bitirib, universitetə daxil olmayan çağırışçıların hərbi xidmətin müddətini 1 ilə endirmək olar?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, bu məsələyə gələcəkdə baxmaq olar. Belə müzakirələr var ki, yaxın gələcəkdə əsgərlik müddətinin xidməti ali təhsil olmayanlar üçün 1 il, ali təhsili olanlar üçün 6 aya endirilsin:
"Mən də bu fikrə qatılıram. Hesab edirəm ki, bu 1 il ərzində əsgərləri hazırlamaq olar. Bizim ordumuz artıq peşəkar orduya keçir. Xeyli sayda peşəkarlarımız var. Xüsusi Təyinatlı Qüvvələrimiz, gizirlər, müddətdən artıq hərbi qulluqçular, o cümlədən məktəblərimiz müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Azərbaycan prezidenti cənab İlham Əliyev Ali Baş Komandan kimi qarşıya məqsəd qoyub ki, Ordumuz Türkiyə Silahlı Qüvvələrinin modelinə keçsin. Buna görə də hüquqi baza istismarında xüsusi təkmilləşdirilmələr aparılıb. Hesab edirəm ki, yaxın zamanlarda bu istiqamətlərdə müvafiq addımlar atılacaq".
Ekspertin sözlərinə görə, əsgərlik xidmətinə yola salma 35 yaşdan 27 yaşa endirilə bilər. 4 dəfə yola salma iki dəfə yaz və payız ayları ilə əvəzlənə bilər:
"Bunların hamısı sülh müqaviləsi imzalandıqdan və bölgədə ümumi vəziyyət sabitləşəndən sonra ola bilər. 4 dəfə çağırış ona görə olurdu ki, əsgərliyə çağırılan şəxsi heyətin 75 faizi hazırlıqlı, 25 faiz isə ehtiyata buraxılsın. Biz bunu 2020-ci ilin sentyabr ayında əməliyyatlar zamanı nə qədər önəmli olduğunu gördük. Əgər yay-payız çağırışı olsaydı 50 faiz olacaqdı. Bu da ordunun hazırlığı baxımından problem ola bilərdi. Ancaq müharibə yekunlaşıb və qarşıda sülh müqaviləsi gözlənilir. Sülh müqaviləsindən və bölgədə normallaşdıqdan sonra bu addımlar atıla bilər".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Bu şəxslərin maaşı və pensiyası ARTILIR
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir