"Son zəng" yaxınlaşır: DİN valideynlərə müraciət etdi

"Son zəng" yaxınlaşır: DİN valideynlərə müraciət etdiİyunun 14-də respublikanın bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirləri keçiriləcək.

Oxu.Az xəbər verir ki, aidiyyəti qurumlar artıq bununla bağlı tədbirlər planı hazırlayıblar.

Kütləvi tədbirlərin keçiriləcəyi gün ən vacib məsələlərdən biri də ictimai asayişin qorunması məsələsidir. Bu səbəbdən "Son zəng" günü Daxili İşlər Nazirliyi (DİN) tərəfindən hansı tədbirlərin keçiriləcəyi ilə bağlı quruma sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Son zəng" tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi üçün polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görüləcək:
"Son zəng" yaxınlaşır: DİN valideynlərə müraciət etdi"Tədbirlərin keçirildiyi təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə naryad qruplarının sayı artırılmaqla iştirakçıların təhlükəsizliyi, məzunların avtomobillərlə hərəkəti ilə bağlı ictimai qaydaya nəzarətin gücləndirilməsi nəzərdə tutulub.

Avtomobil yollarında hərəkətin təhlükəsizliyi Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən mühafizə olunacaq, süni sıxlığın yaranmaması üçün dayanma-durma və parklanma tələblərinə əməl etməyən şəxslər barəsində tədbirlər görüləcək.

Bütün məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış qaydalarına ciddi əməl etməyə çağırırıq. Valideynlərdən xahiş edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil verməsinlər".

"Son zəng" günü ən böyük problemlərdən biri də valideynlərin sürücülük hüququ olmayan övladlarına sükan həvalə etmələridir. Bunun qarşısının alınması üçün hansı tədbirlərin görüləcəyi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sual ünvanladıq.

İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hər il olduğu kimi bu il də "Son zəng" tədbiri ilə əlaqədar bütün təhsil müəssisələrinin ətrafında yol polisi tərəfindən gücləndirilmiş rejimdə xidmət aparılacaq:
"Son zəng" yaxınlaşır: DİN valideynlərə müraciət etdi"Baş Dövlət Yol polisi İdarəsi olaraq bildirmək istəyirik ki, ötən illərdə "Son zəng" günü müxtəlif formalarda xoşagəlməz hadisələrin baş verdiyinin şahidi olmuşuq.

Təəssüf hissi ilə bildiririk ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi valideynlər "Son zəng" günü övladlarına avtomobil həvalə edirlər ki, bu da nəticədə müxtəlif qəzaların və bədbəxt hadisələrin baş verməsinə səbəb olur.

Bu cür xoşagəlməz hadisələrin olmaması üçün bir daha valideynlərə müraciət edirik ki, sürücülük hüququ olmayan şəxslərə sükanı həvalə etməsinlər. Qəzaların və bədbəxt hadisələrin baş verməməsi üçün bu əməldən çəkinsinlər.

Eyni zamanda "Son zəng" tədbiri ilə əlaqədar bütün təhsil müəssisələrinin ətrafında yol polisi tərəfindən gücləndirilmiş formada xidmət aparılacaq və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 923   Tarix: 07 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Yüzlərlə kilometr köhnə avtobuslarda: Rayonlara gediş-gəliş niyə sınağa çevrilir?

Yayın qızmarında və ya qışın şaxtasında paytaxtdan rayonlara gediş-gəliş sərnişinlər üçün bəzən sınağa çevrilir. Şəhərlərarası sərnişindaşıma sistemində avtobus parkının yenilənməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində müəyyən addımlar atılsa da, marşrutlar üzrə mövcud vəziyyət eyni səviyyəd

27 sentyabr