Alimpaşa Məmmədova bir həftə vaxt verildi: 13 il müddətinə həbs edilə bilər
Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə yenilənmiş məhkəmə istintaqı başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror yenidən ittiham nitqi ilə çıxış edib.
Prokuror əvvəlki tələbində qaldığını - A.Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı çıxışında sabiq icra başçısının üzərinə həbs qoyulmuş "Azfarel" MMC istisna olmaqla digər əmlaklarının müsadirəsini təklif edib.
Vəkillər müdafiə çıxışında Alimpaşa Məmmədova bəzi maddələr üzrə bəraət, bəziləri ilə isə yüngül cəza verilməsini xahiş ediblər.
Məhkəmə Alimpaşa Məmmədova son sözə hazırlaşması üçün bir həftə vaxt verib.
Qeyd edək ki, Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Onun ümumilikdə bazar dəyəri 10 milyondan çox olan - "Azfarel" MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat); "Abad Şəmkir" MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) və Bakı şəhərində yerləşən iki mənzili (bazar dəyəri 676 min manat) üzərinə həbs qoyulub. A.Məmmədov məhkəmədə özünü təqsirli bildiyini deyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 927 Tarix: 08 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrAzərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK
Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye
27 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabr