Ana evə kamera quraşdırdı: Gördükləri onu şoka saldı - VİDEO
Böyük Britaniyadan olan Kayla Samson ailəsinin təhlükəsizliyindən narahat olaraq evinə gizli müşahidə kameraları quraşdırmaq qərarına gəlib.
Lent.az xəbər verir ki, bu zaman Samson kameraların lentə aldığı görüntülərdən şoka düşüb.
Qadın "Facebook" səhifəsində gecə qızının yataq otağına aparan qapının öz-özünə açıldığı videonu yayıb. Bu qapının özəlliyi ondadır ki, o, yalnız barmaq izi ilə açıla bilən qıfılla təchiz olunub.
"Bu qapı qızımın yataq otağına aparır. Dəstək yalnız barmaq izinə cavab verir. İçəridən həmişəki kimi açılır, amma xaricdən barmağınızı sensorun üzərinə qoymaq, sonra iz oxunanda dəstəyi aşağı salmaq lazımdır. Ancaq videoda belə görünmür. Deyəsən, kimsə onu içəridən açır", - deyə Kayla bildirib.
Kayla əmindir ki, bu qəribə hadisələr başqa bir dünyanın mövcudluğunun sübutu ola bilər.
O bildirir ki, bir dəfə böyük oğlu bu otaqda qalan zaman anasından belə bir şey soruşub:
"İnsanlar niyə otaqda durub divarlara baxırlar?".
İndi onun dörd yaşlı qızı bu otaqda qalır və o da qorxunc hekayələr danışır. Qız tez-tez otağına girən və işıqsız yatmaqdan qorxan "qız" haqqında danışır. Balaca qız iddia edir ki, həmin şəxs şkafın qarşısında durur. Kayla bu sirli varlığın kim olduğunu bilmir.
Ev sahibi özü də bu evdə narahatlıq hiss etdiyini bildirib. O, bəzən elə hiss edir ki, evdə kimsə dayanıb ona baxır.
Sözügedən videonu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1059 Tarix: 08 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb
Türkiyədə əcnəbilərə qanunsuz yolla vətəndaşlıq verən 74 nəfər saxlanılıb. "Report" "Haber Global"a istinadən xəbər verir ki, İstanbul Baş Polis İdarəsi tərəfindən həyata keçirilən əməliyyat şəhərin 13 rayonunu əhatə edib. Əməliyyat nəticəsində 1070 nəfər əcnəbiyə qanunsuz vətəndaşlı
27 sentyabrAdanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Əraziyə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub. Qəzada xəsarət alan 11 nəfərə hadisə yerind
27 sentyabrTramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib. "Report"un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rəd
26 sentyabrKanadanın XİN rəhbəri: Ottava Aİ-yə tamhüquqlu üzv olmağa can atmır
Kanada Avropa İttifaqında (Aİ) tamhüquqlu üzvlük əldə etmək məsələsini qaldırmır. "Report" xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand bildirib. "Biz Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atmırıq. İndiki mərhələdə Aİ ilə münasibətlərə hər hansı konkret a
27 sentyabrPezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabr