Evini keçmiş arvadına verdi, özü mehmanxanada qaldı: Ona fəxri ad niyə verilməyib?

Evini keçmiş arvadına verdi, özü mehmanxanada qaldı: Ona fəxri ad niyə verilməyib?Sev ki, sevən mərd olar,

Sevməyən - namərd olar.

Sevəsən - verməyələr,

Bu da yaman dərd olar.

Zamanında sevən və sevilən, sevdiyi qızı götürüb qaçan, ailə sahibi olan Qulu Əsgərov ağlına belə gətirməzdi ki, ürəkdən ifa etdiyi bu mahnının sözləri zaman gələcək onun elə özünə də aid olacaq. Həyatdır bu, nə vaxt nə olacağı kimsəyə bəlli olmaz.

O, xatırlandığı ilk andan insanda qəribə bir hiss, təbəssüm qarışıq nostalji hisslər yaranır, keçmişlə bu gün arasında xatirələr göz önündən gəlib keçir. Milli musiqi sənətimizə adını qızıl hərflərlə həkk edən Qulu Əsgərov. Azərbaycan ifaçılıq sənəti tarixində Qulu Əsgərovun öz yeri, öz dəst-xətti var

Publika.az xəbər verir ki, bu gün xanəndə, pedaqoq, neçə-neçə mahnıların müəllifi Qulu Əsgərovun anım günüdür.

Qulu Əsgərov 1928-ci il dekabrın 18-də Salyan rayonunda dünyaya gəlib. Hələ uşaq yaşlarından musiqiyə böyük həvəs göstərən yeniyetmə Qulu rayonun özfəaliyyət kollektivlərində çıxış edib. 1954-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olaraq görkəmli xanəndə Seyid Şuşinskinin sinfində təhsil alıb. Ustadının ifaçılıq ənənələrini mənimsəməklə muğamın sirlərinə dərindən yiyələnən gənc Qulu Əsgərov muğam dəsgahlarını yüksək peşəkarlıqla və ən incə xırdalıqlarına kimi dinləyiciyə təqdim edib.

Qulu Əsgərovun Bakıya gəlməyində Səməd Vurğunun əvəzsiz xidməti olub. Deyilənə görə, şair onu hansısa toyda dinləyəndən sonra səsini çox bəyənir və onu Bakıya gətirir.

Peşəkar müğənnilik fəaliyyətinə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında başlayan Qulu Əsgərov bəzən konsertlərində özü həm tarda ifa edər, həm də oxuyardı. Bununla da tamaşaçılarda fərqli ifaçı, maraqlı xanəndə təəssüratı yaradan sənətçi xalq musiqisi ruhunda yazılmış bir çox mahnıların müəllifi kimi də yadda qalıb. Qulu Əsgərov daim öz üzərində çalışan, öyrənməkdən yorulmayan ifaçılardan olub. Texnikumda təhsilini başa vurduqdan sonra Mədəniyyət və İncəsənət Universitetində ali təhsil də alıb. Sonralar məzunu olduğu ali təhsil ocağında pedaqoq kimi çalışır, muğam kafedrasının müdiri işləyir. Milli musiqi sənətimizin tədrisi və təbliği işinə də özünəməxsus töhfələrini verir.

1956-cı ildə teatrda işə düzələn Q.Əsgərova ilk olaraq "Leyli və Məcnun"da Zeyd rolu tapşırılır. İlk dəfə opera səhnəsinə çıxacaq müğənni böyük həvəs və həyəcanla bu rolunun üzərində gecə-gündüz məşq edir və elə ilk çıxışından tamaşaçıların rəğbətini qazanır. O, daha sonra "Əsli və Kərəm"də Sofi rolunu ifa edir. Bir neçə ildən sonra Məcnun rolu həvalə olunan sənətkar çoxdan arzusunda olduğu bu obrazın da yaddaqalan ifaçılarından biri olur. Müasirləri Qulu Əsgərovun yaratdığı obrazı xarakterizə edərkən onun Məcnunu gözəl duyduğunu, qəhrəmanın ağrı-acılı taleyini səhnədə ustalıqla canlandıra bildiyini deyirlər.

Opera səhnəsində digər aparıcı partiyaları – "Aşıq Qərib"də Qərib, "Şah İsmayıl"da Şah İsmayıl obrazlarına da maraqlı və baxımlı səhnə həyatı verən sənətkarın əsas tərəf-müqabilləri Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova kimi sənətkarlar olub. Kərəm partiyasında sazda özü ifa edən xanəndə bu özəlliyi ilə elə sağlığında geniş tamaşaçı rəğbəti qazana bilib.

Qulu Əsgərovun müğənniliyi, opera ifaçılığı ilə yanaşı, gözəl, xalq ruhuna uyğun bəstəkarlığı da var idi. Bəstələdiyi bir çox mahnılar bu gün də dillər əzbəridir. "Dolanaram başına", "Bəyənmir məni", "Əziz dostum", "Səhər-səhər pəncərəni açanda", "Könül bağladım", "Sevmişəm" kimi mahnıları müğənninin özünün və bir çox məşhur sənətkarların ifasında təqdim olunub. Bir-birindən məşhur 44 mahnı rəsmi şəkildə Qulu Əsgərovun mahnıları hesab olunur. O, xalq musiqisinin, xüsusən muğamatın vurğunuydu. Məhz bu səbəbdən övladlarına da muğam adlarını verib. Muğamat, Rahab və Şahnaz...

Qulu Əsgərov iki dəfə ailəli olub. İlk evliliyindən üç övladı olan xanəndə 1963-cü ildə birinci xanımından ayrılır. İkinci dəfə 1976-cı ildə özündən on üç yaş kiçik olan Sevər adlı xanımla ailə qurur. Onların Aydan adlı qızları dünyaya gəlir. Deyilənə görə, onun ömür boyu fəxri ad ala bilməməsində birinci həyat yoldaşının rolu olub. Yüksək vəzifədə işlədiyi üçün Qulu Əsgərovun fəxri ad almasını istəməyib. Hətta ayrıldıqdan sonra belə hər dəfə adı fəxri ad siyahısına düşsə də, keçmiş yoldaşının əli ilə siyahıdan çıxarılırmış. Sevər xanım müsahibələrinin birində bu haqda deyir:

"Hansı qastrola adı yazılırdısa, müxtəlif yollarla çıxartdırırdılar. Qulunun fəxri ad alma məsələsinə də onun yaxın adamları mane olur, yaxşı vəzifələrdə işlədiklərindən bu məsələlərə müdaxilə edə bilirdilər. Halbuki, Qulu mənimlə ailə quranda çoxdan boşanmışdı. Üç otaqlı evi vardı, onlara bağışlayıb mehmanxanada qalırdı. O yazıq, bədbəxt uzun illər tək qalmışdı. Mənimlə ailə qurana qədər "İnturist" mehmanxanasında yaşayırdı. Sonralar danışırdı ki, konsertlərdə, tədbirlərdə pencəyinə qədər tərləyirmiş, mehmanxanaya qayıdanda onu dəyişməyə, yumağa imkanı olmurmuş. Belə-belə tərləyib soyuqlamış, ağ ciyərində iltihab əmələ gəlmişdi. Xəstəliyi keçmişdən vardı. Sonradan xərçəngə çevrildi. Sonra məcbur həkimə apardıq. Həkimlər baxan kimi dedilər ki, xəstəliyi şiddətli mərhələdədir. İki dəfə Moskvaya getdi, amma köməyi olmadı. İkinci dəfə Moskvadan qayıdanda dedi, məndə o zəhrimardan varmış, sən də mənə demirsən. Yəqin həkimlər deyibmiş... Yeddi ay sonra dünyasını dəyişdi".

Xəstə olduğunu biləndən sonra "Filarmoniya bağı"na gedib, bütün sənət dostları ilə görüşüb, halallaşıb. Səbəbini soruşanda isə deyib ki, "məndə o zəhrimardan var, ona görə gəldim hamınızla vidalaşım".Qulu Əsgərov ölümünə yaxın qızını evdən uzaqlaşdırıb. İstəməyib ki, qızı onu son halı ilə xatırlasın...

Xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar 1987-ci ildə 58 yaşında dünyasını dəyişib.

Hər kəs gözəl xatırlanmaq istəyir bu həyatdan köçəndən sonra... Lakin hər adama da xoş xatirələrdə qalmaq nəsib olmur. O, sağlığında layiq olduğu fəxri adı almasa da, bundan gileyli olmadı, incikliyini isə heç vaxt üzə vurmadı. Sadəcə çox sevdiyi sənəti ilə onu sevən dinləyicisinə layiqli şəkildə xidmət etdi. Qulu Əsgərov və tamaşaçı sevgisi hər zaman qarşılıqlı oldu. Elə ona görə də bu gün də xanəndə hörmətlə, xoş xatirələrlə anılır, sevilir, dinlənir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1292   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr