DİM bu imtahanları pulsuz KEÇİRƏCƏK? - AÇIQLAMA

DİM bu imtahanları pulsuz KEÇİRƏCƏK? - AÇIQLAMAXəbər verdiyimiz kimi, iyunun 8-i və 9-u tarixlərindən birinci qruplar üzrə keçirilən test imtahanından abituriyentlər narazılıq edir. Onlar fənlə bağlı imtahana təyin edilən zamanın azlığından şikayətçidirlər. Abituriyentlər imtahan suallarının ayrılan 1 saatdan daha çox vaxt tələb etdiyini iddia edirlər. Bu iddianı bir sıra ekspertlərdə təsdiqləyir. Onlar bildirib ki, summativ və imtahan səviyyəli suallar tamamilə bir-biriylə örtüşmür. Sınaqlara hazırlıq prosesində bəllidir ki, müəyyən xərclər olur. Amma imtahanın 40-50 manat səviyyəsində olması, ailə büdcəsinə imkan vermir.

Artıq universitetlərə qəbul imtahanları prosesləri başlayıb. Bununla əlaqədar indidən sınaq və digər imtahanların baha olmağı ilə bağlı şikayətlər davam edir. Belə olan təqdirdə DİM sınaq və digər imtahanları pulsuz keçirə bilər?
DİM bu imtahanları pulsuz KEÇİRƏCƏK? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, DİM status etibarilə publik hüquqi şəxsdir. Publik hüquqi şəxslərin maliyyə siyasəti və idarəetməsi ilə bağlı müstəqil qərarvermə hüququ vardır. DİM bu statusundan istifadə edərək sınaq imtahanlarının ödənişli keçirilməsi və qiymətlərin müəyyən dəyişimi ilə bağlı qərarlar verməkdə müstəqildir:

"Təbii ki, bu bazar münasibətləri, əhalinin illik gəlir tempi, qurumun özünün xərclər məsələsi və dünya təcrübəsindəki qiymətlər ilə müqayisə olunmalı və ondan sonra qərar qəbul edilməlidir. Mən publik hüquqi şəxsəm və istədiyim qiyməti qoymalıyam kimi yanaşma mümkün deyil. Demək olar ki, biz abituriyentlər və onların valideynləri ilə ünsiyyətdə oluruq. Düşünürəm ki, hazırkı sınaq imtahanları, magistratura və bakalavriat səviyyəsi üçün qoyulan imtahanın qiyməti qənaətbəxşdir. Bunu artırmaq barəsində addım atmağa tələsməməlidir. Bəzi detallar var ki, biz onları bilmirik. Ölkədə hər il 10 minlərlə abituriyent kəsimi olur. Onların böyük əksəriyyəti sınaqlarda iştirak edirlər. DİM-in keçirdiyi sınaq imtahanlarını hər hansı bir kursun hər həftə keçirdiyi sınaq imtahanı ilə bir edə bilmərik".

Ekspertin sözlərinə görə, DİM-in keçirdiyi sınaq daha rəsmidir və əsaslılığı daha çoxdur. Ona görə də DİM abituriyentlərin bəzi kursların yararsız sınaq imtahanlarına möhtac olmamaları üçün özü müəyyən stimullaşdırıcı addım atmalıdır:

"Məsələn DİM qiymətləri artırdıqca abituriyentlərdə həmin kurslara yönəlmə daha çox olacaq. Arqument kimi deyə bilərlər ki, DİM cəmi ildə bir dəfə sınaq imtahanı keçirir. Biz bununla razıyıq. Bir çox hazırlıq kursları var ki, həftədə bir dəfə sınaq imtahanları təşkil edirlər. Qiymətlər isə az deyil. Söhbət burada ondan getmir. Dövlət İmtahan Mərkəzi bu prosesi həyata keçirən bir qurumdur. Sınaqlar pullu ola bilər. Amma bazar münasibətləri qorunmalıdır. Adını belə eşitmədiyiniz, eşitsəniz belə elə hazırlıq kursları var ki, onlar bölgələrdə od qiymətinə sınaq imtahanı edirlər. DİM bunlara baxanda, düşünəcək ki, insanlar bu imtahanlara gedirsə, rəsmi dövlət qurumunun təşkil etdiyi sınaq imtahanına bu ödənişi verə bilər. Mən düşünürəm ki, DİM-in sınaq imtahanları ilə bağlı hazırkı mövqe o qədər də sərt deyil. Amma gələcəkdə bu sərtləşdirilməsə daha yaxşı olar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1243   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr