Hazırda nişanlı olan xala uşaqlarının aqibəti NECƏ OLACAQ? - AÇIQLAMA

Hazırda nişanlı olan xala uşaqlarının aqibəti NECƏ OLACAQ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan edilir. Bəs cütlüklərin qohum olub-olmadıqları necə araşdırılacaq? Hazırda nişanlı olan xala (bibi) və əmi (dayı) uşaqlarına sözügedən qanun aid edilir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, bununla əlaqədar elektron hökumət portalı var. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinin portalı mövcuddur:

"Şəxslərin qohum olub-olmadıqlarını həmin portal vasitəsilə aydınlaşdırmaq mümkündür. Bu ciddi problem yaradacaq məsələ deyil. Qanun hələ qüvvəyə minməyib. Bununla bağlı üç oxunuş Milli Məclisdə keçməlidir və prezident qanunu imzalamalıdır. Prezident 56 gün ərzində qanunu imzalayır. Nişanlılıq bizim qanunvericiliyimiz ilə hər hansı bir əhəmiyyət və akt kimi qəbul edilmir. Ona görə də bunun bir mənası yoxdur. Qanun imzalandıqdan sonra qüvvəyə minənə qədər xeyli müddət keçəcək. Bu vaxt ərzində şəxslər nikaha daxil ola bilərlər. Nəzərə almaq lazımdır ki, xala (bibi) və əmi (dayı) uşaqlarının nikahlarını yalnız qanun ilə qadağan etməklə bunun qarşısını almaq mümkün deyil. Çünki insanlar bəlli zaman kəsiyindən keçib. Bu Azərbaycanda İslam dinini qəbul etdikdən sonra adət halını alıb. Amma milli olaraq türk millətlərində xala (bibi) qızı almaq anlayışı olmayıb".

Hüquqşünasın sözlərinə görə, bu qəbildən olan evliliklər barədə danışarkən insanlara bununla bağlı məlumatlandırmaq lazım idi ki, insanlar niyə görə bu nikahlardan qaçılmalıdır:

"Uşaqların xəstə doğulması kimi fəsadlar burada anlaşılmalı idi. Əslində tibbi nöqteyi-nəzərdən aydındır. Düşüncə etibarilə insanların eyni məhəllədən, kənddən və çevrədən evlənmək özü də zərərlidir. Yəni bunları bilgiləndirmə ilə başa salmaq lazımdır. Qanunvericilik ilə sərtləşdirməklə bunu məhv etmək mümkün olmayacaq. Çünki insanlar nikaha daxil olmadan da birlikdə yaşaya biləcəklər. Nikahsız ailələrin və nikahdan kənar doğulanların sayı daha da artacaq. Onlar vətəndaş nikahı ilə yaşayacaqlar. Digər tərəfdən bir-birini övladlığa verməklə xala qızı, əmi oğlu kimi qohumluqlarını sənəd üzərində yox edəcəklər. Yəni bunun fəsadı müsbət tərəflərindən daha çox ola bilər. Bu işdə diqqətli olmağımızda fayda var".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2573   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr