Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdı

Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdıLondonda Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakları ilə bağlı məhkəmə dinləmələri davam etdirilir. Belə ki, Z.Hacıyeva Naytsbricdə 15 milyon funt sterlinq dəyərində evin və Berkşirdə qolf sahəsinin qanun çərçivəsində alındığını sübut etməlidir. O, məhkəmədə sözügedən əmlakların qanuni vəsaitlərlə alındığını sübut edə bilməzsə, bu aktivlər müsadirə edilə bilər.

"Qafqazinfo" "The Standard" nəşrinə istinadən xəbər verir ki, C.Hacıyevin həyat yoldaşı Londonun Ali Məhkəməsində Bakıda olarkən necə qaçırılmasından, bu zaman harada saxlanılmasından və Londona köçməsindən danışıb.

Onun sözlərinə görə, 2005-ci ildə dəhşətli qaçırılma hadisəsi ilə üzləşməzdən əvvəl rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.

Hacıyeva qeyd edib ki, avtomobilinə çatarkən onu qaçıran şəxslər arxadan yaxınlaşıblar: "Üç kişi məni kənarda gözləyən və sürücüsü olan avtomobilə apardı. Özümü müdafiə etmək üçün onların əllərindən çıxmağa çalışdım. Onlar məni maşının içərisinə atdılar və başıma torbaya bənzər bir şey keçirdilər. Onlar, həmçinin yola düşməzdən əvvəl qollarıma qandal da taxdılar. Mən heç nə eşitmirdim, heç nə görmürdüm. Bir müddət sonra biz dayandıq və məni bir maşından digərinə apardılar, başımda torba ilə həmin avtomobilin arxa oturacağında əyləşdirdilər. Başıma arxadan tapançaya bənzər bir şey dayamışdılar və oturmağımı, tərpənməməyimi dedilər. Dəhşət içərisində idim, bu insanların kim olduğunu və hara getdiyimizi, yoldaşım və uşaqlarımı bir daha görüb-görməyəcəyimi bilmirdim".

O əlavə edib ki, Bakıdan kənar əraziyə aparılıb, çox dar və zirzəmiyə bənzər bir məkanda saxlanılıb: "Mən orada 28 gün keçirdim. Qapı daim bağlı olurdu və mənimlə qapıda olan lyuk vasitəsilə danışırdılar. Məkanda sanitar qovşaq da yox idi. Həmin şəxslər mənə gündə bir dəfə yemək verirdilər. Dayanmadan musiqi səslənirdi və bu, işgəncəyə bənzəyirdi. Tezliklə zaman qavramını itirdim və artıq günün hansı saatı olduğunu bilmirdim. Orada saxlanıldığım müddətdə, məni qaçıran şəxslər yoldaşımdan pul tələb etməyə çalışıblar və mənə dedilər ki, yoldaşın əməkdaşlıq etməsə, səni öldürəcəyik".

Hacıyeva bildirib ki, onun əsarətinə Azərbaycan Milli Təhlüksizlik Nazirliyinin həyata keçirdiyi silahlı əməliyyatdan sonra son qoyulub. Qeyd olunub ki, sözügedən əməliyyat zamanı onu qaçıran şəxslərdən biri zərərsizləşdirilib.

"Düşünürəm ki, mənim qaçırılmağımda məsuliyyət daşıyan şəxslərin bəziləri Azərbaycanda yüksək vəzifədə qalırlar", - deyə o əlavə edib.

Hacıyeva iddia edib ki, onun qaçırılmağı yoldaşı Cahangir Hacıyevə qarşı iddiaların başlanğıcı olub. Onun sözlərinə görə, bu prosesin kuliminasiya nöqtəsi yoldaşının Azərbaycan Beynəlxalq Bankında fırıldaqçılığa görə "yanlış mühakimə" edilməsi olub.

Xatırladaq ki, Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsi tərəfindən qaçırılmışdı. Z.Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bildirilirdi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1352   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr