Yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşların evli yaxud subay olması QEYD EDİLSİN! - TƏKLİF

Yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşların evli yaxud subay olması QEYD EDİLSİN! - TƏKLİFAzərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin seçki prosesində iştirakı asanlaşdırılır. Bununla bağlı, Seçki Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq vəsiqənin verilmə tarixi deyil, etibarlılıq müddəti göstərilir.

Artıq 2018-ci ildən etibarən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri təqdim olunur. Əvvəl verilən şəxsiyyət vəsiqələrindən fərqli olaraq, yeni verilən sənəddə bir sıra məlumatlar ixtisar olunub. Bunlardan biri də, vətəndaşların ailə vəziyyətinin yazılmaması ilə bağlıdır. Dövlətin ümumi bazasında şəxsin ailə vəziyyəti məlum olsa da, bunu sənəddə görmək olmur. Hətta bəzi insanlar bundan sui-istifadə edərək başqalarını aldada bilir. Belə olan halda yeni nəsil şəxsiyyət vəsiqələri dəyişdirilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Elçin Bayramlı deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələrində üstünlük əsas məlumatların çipdə toplanmasına verilib. Ona görə də vəsiqənin üzərində bir çox məlumatlar ixtisar olunub:

"Mən bunu normal qiymətləndirmirəm. Əslində yazılması daha yaxşı olardı. Əlbəttə ki, bu məlumatın dəyişmə ehtimalı var. Amma bir şeyin ki, bir neçə manat qiyməti var, həmin halda şəxs bunu dəyişdirməlidir. Çünki həmin məlumatlar olmayanda başqalarını aldatmaq daha asan olur. Çünki çipi oxudan aparat yalnız dövlət orqanlarındadır. Təbii ki, çipdə insanların bütün məlumatları toplana bilər. Bütün fəaliyyətləri orada öz əksini tapır. Lakin adi şəxslər bunu görə bilmir. Məsələn evli ola-ola başqasını aldada bilər ki, subaydır. Üstəlik şəxsiyyət vəsiqəsində bunu görməyəndə bilmək olmur. Yəni bunun kimi oxşar başqa situasiyalar ola bilər. Burada gizlədiləsi bir şey yoxdur. Bunlar xüsusi olaraq qorunan məxfi məlumatlar deyil. Bu sadəcə olaraq adi vətəndaşlıq vəziyyətidir. Ona görə də həmin məlumatların ləğv olunması düzgün deyil. Yaxşı olardı ki, dəyişdirilsin və belə əsas məlumatlar qeyd olunsun".

Sosioloqun sözlərinə görə, sözügedən məlumatlar şəxsiyyət vəsiqəsində olarsa, bu zaman başqalarını aldatmaq mümkün olmayacaq. Yalnız məxfi məlumatlar, biznes və sahibkarlıq vəziyyəti kimi məlumatlar çipdə ola bilər:

"Belə daha yaxşıdı və dövlətin ümumi elektron bazasında bir şəxsin bütün məlumatları olmalıdır. İnkişaf etmiş ölkələrdə Rusiyada, Almaniya və Yaponiya kimi ölkələrdə ümumi məlumat bazası elə qurulub ki, bir dənə şəxsiyyət vəsiqəsi ilə istənilən əməliyyatı aparmaq mümkündür. Çünki hər hansı bir sənəd yaxud iş üçün dövlət orqanlarına müraciət etdikdə həmin ümumi məlumat bazasından yaxud çipin özündən məlumatları oxuyurlar. Dəyişiklik olanda isə vətəndaş 10-15 gün ərzində məlumat verməyə borcludur. Bu dövlət orqanlarının işləri üçündür. İndiki dövrdə insanın çoxlu sənəd saxlaması və gəzdirməsi normal deyil. Amma bu başqa bir şeydir. Bu bütün məlumatları özündə toplayan bir sistemdir. Amma bir neçə məlumat var ki, şəxsiyyət vəsiqəsində göstərilməlidir. Onlardan biri şəxsin ailə vəziyyətidir. Bu məlumatların göstərilməsi heç kimə problem yarada bilməz. Təbii ki, burada düzgün adamlardan söhbət gedir və qeyri-adi bir şey yoxdur".

Elçin Bayramlı vurğulayıb ki, indiyədək bu məlumatlar şəxsiyyət vəsiqələrində göstərilib. Həmin məlumatların şəxsiyyət vəsiqəsindən ləğv edilməsinin motivi və məqsədi aydın deyil:

" Həmin məlumatları kiçik bir sətir taparaq şəxsiyyət vəsiqəsində yerləşdirmək olardı. Bunun əsaslandırılması verilməyib. Bu baxımdan şəxsiyyət vəsiqəsi ilə bağlı belə bir dəyişikliyin edilməsi böyük xərc tələb etməz. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinin 5 manat rüsum var. Dəyişiklik olsa, dövlət özü bunu pulsuz da edə bilər. Bütün vəsiqələr bir tipli olmaldır. Bütün ictimai məlumatlar şəxsiyyət vəsiqəsində öz əksini tapmalıdır. Bunun dəyişdirilməsi çətin bir proses deyil. Mən bu təklifi dəstəkləyirəm və maliyyə baxımından heç bir problem olmaz".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2431   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr