Kasıbın vaxtı bol, pulu isə az olur: Qeyri-iş günlərinin çoxluğu hansı PROBLEMLƏRİ YARADIR? - AÇIQLAMA

Kasıbın vaxtı bol, pulu isə az olur: Qeyri-iş günlərinin çoxluğu hansı PROBLEMLƏRİ YARADIR? - AÇIQLAMAXəbər verdiyimiz kimi, 16-17 iyun Qurban bayramı, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir.

Azərbaycan qeyri-iş günlərinin sayının çox olmağına görə, xeyli öndədir. Qeyri-iş günlərinin çoxluğu bir sıra sahibkarlar tərəfindən narazılıqla qarşılanır. Belə olan halda qeyri-iş günlərinin çoxluğu hansı problemləri yaradır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, Azərbaycan qeyri-iş günlərinin sayına görə dünyada öndə olan ölkələr sırasındadır:
Kasıbın vaxtı bol, pulu isə az olur: Qeyri-iş günlərinin çoxluğu hansı PROBLEMLƏRİ YARADIR? - AÇIQLAMA"Hesab edirəm ki, bu bəzən iqtisadiyyata mənfi təsir göstərir. Bunun bir neçə izahı var. Bəzən biz bunu özəl sektorda müşahidə edirik ki, bayram günlərində çalışanlara Əmək Məcəlləsində nəzərdə tutulan əlavə ödənişlər ödənilmir. Onların hüquqları pozulur. Bu əsas ictimai-iaşə və xidmət sektorunda, mağazalarda baş verir. Digər tərəfdən qeyri-iş günlərinin çox olması bəzi hallarda bankların fəaliyyətinin dayanmasına səbəb olur. Bu da müəyyən əməliyyatların keçirilməsinə imkan vermir. Sözsüz ki, bu da müəyyən xidmətlərin və iqtisadi əməliyyatların gecikməsinə səbəb olur. Sonradan bayram günləri bitdikdən sonra ləngimələr yaranır. Biz müşahidə etsək, bayram günlərinin sayı 21 gündür. Üstəlik məzuniyyət günlərini nəzərdə saxlasaq, ümumi ölkədə 365 günün 40 faizi qeyri-iş gününə düşür. Bu da sözsüz ki, inkişaf etmiş ölkələr ilə müqayisədə çoxdur. Əsasən indiki dünyanın trendlərinə baxanda qeyri-iş günlərinin sayı əsasən az inkişaf etmiş ölkələrdə daha çox olur. Əslində biz də bayram günlərinin sayı bir tərəfdən çox olsa da, digər tərəfdən əvəzləşmələr aparılır. Qeyri-iş günləri şənbə-bazara düşəndə onların yeri əvəzlənir və qeyri-iş günlərinin sayını həftə də daha çox uzadır. Bu da iqtisadi aktivliyə mənfi təsir göstərir. İnsanlar daha çox istirahətə meyllənir. Bu daha çox büdcədən maliyyələşən işləyənlərə daha yaxşı təsir göstərir. Özəl sektorda bəzi hallarda əmək qanunvericiliyinin maddələri pozulur. Hesab edirəm ki, bu hallarda regionlara səyahətlər çoxalır. Digər tərəfdən isə bəzən müşahidə edirik ki, insanlar xarici dövlətlərə tez-tez üz tutur. Tətillərin sayı çox olduğundan o imkanı əldə edirlər. Bu da ölkədən valyuta çıxışını artırır. Belə olan halda qeyri-iş günlərinin çox olması iqtisadiyyata mənfi təsir göstərir".

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda qeyri-iş günlərinin sayı çox olsa da, bir reallıq var ki, xarici ölkələr ilə müqayisə aparsaq bizim qazancımız qazanc deyil:
Kasıbın vaxtı bol, pulu isə az olur: Qeyri-iş günlərinin çoxluğu hansı PROBLEMLƏRİ YARADIR? - AÇIQLAMA"Həmişə kasıbın vaxtı bol, pulu isə az olur. Bu dünyanın qaydasıdır. Hər ikisi çox olanda varlı, az olanda kasıb oluruq. Qanuna riayət edən biznes strukturları həmin qeyri-iş günlərində işçini işlətdiyinə görə ödənişlər etməlidir. Azərbaycanda əmək bazarında vəziyyət elə yerdədir ki, sahibkar əmək qanunvericiliyinə baxmır. Qeyri-iş günündə işçini işlədir və maaşına dəyişilik etmir. Qeyri-iş günlərinin çoxluğu sahibkarların xərcini artırmır. Bu doğru deyil. Kiçik sayda müəssisə ola bilər ki, bu qanunun tətbiqində xərcləri artmış olsun. Digər sahibkarlar bayram günlərində işçini işlədirlər. Sahibkar işçiyə maaş verir ki? İqtisadiyyatda, insanların alıcılıq qabiliyyəti elədir ki, sahibkar işçini çox ucuz işlətməsə özü pul qazana bilmir. Bu baxımdan qeyri-iş günlərinin çoxluğu, işçinin çox işlədilməsi aspektinə gəlmir. Amma əlavə əmsallar ilə işçiyə əlavə iş günü yazılmalıdır. Bu əlavə artırılmış əmsallar ilə həyata keçirilməlidir. Bu baxımdan ölkədə qanunvericiliyin tam olaraq tətbiqinin yaxşı vəziyyətdə olmaması, eyni zamanda sahibkarlarının özünün vəziyyətinin yaxşı olmaması heç bir problem yaratmır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1574   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr