Kilsə Baqratdan imtina etdi: İrəvanda "keşiş şou" sona ÇATIR? - ŞƏRH

Kilsə Baqratdan imtina etdi: İrəvanda "keşiş şou" sona ÇATIR? - ŞƏRHErməni arxiyepiskop Mikayıl Adjapaxyan deyib ki, Ermənistanda başlayan hərəkat kilsənin deyil, Baqrat Qalstanyanın hərəkatıdır. Bu barədə mətbuatda xəbərlər yayılıb. Ermənistanın hökümətyönlü mediası bunu kilsənin Qalstanyandan imtinası kimi təqdim edib. "Baqramyan 26" Teleqram kanalı isə katalikos II Qaragenin məsuliyyətdən qaça bilməyəcəyini və artıq "Rubikonun keçildiyini" yazıb. Bununla əlaqədar artıq keşiş Baqratın İrəvandakı aksiyalarının sona çatdığını deyə bilərik?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Mikayıl Adjapaxyanın bu açıqlaması kilsənin məsuliyyətdən yayınması kimi göstərilir:

"Mikayıl Adjapaxyanın bu açıqlaması kilsənin məsuliyyətdən yayınması kimi göstərilir. Əvvəldən hakimiyyət təqdim edirdi ki, proses kilsənin hakimiyyətə qarşı fəaliyyətidir. Məhz buna görə kilsəyə müəyyən addımların atılacağı məsələsi gündəmə gəldi. Məsələn kilsənin vergiləri verməsi, kilsəyə aid olan daşınmaz əmlakın əlindən alınması məsələsi Alen Simonyan tərəfindən dilə gətirildi. Burada iki məsələ var. Birinci məsələ odur ki, kilsə keşiş Baqrat Qalstanyanın arxasında olmadığını deməyə çalışır. Bununla üzləşə biləcək təzyiqlərdən yayınmaq istəyirlər. Burada ikinci bir məqam var. İkinci məsələ odur ki, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat uğursuz oldu. Əgər bu hərəkat uğurlu olsaydı, müəyyən şəkildə kilsə dəstəyini davam etdirəcəkdi. Kilsədə anlayır ki, hərəkat hakimiyyəti ciddi təhlükə yarada biləcək səviyyədə deyil".

Siyasi şərhçinin sözlərinə görə, Buna görə də indidən belə açıqlamalar ilə siyasətə qarışmadıqlarını göstərərək özlərini qorumağa çalışırlar. Aksiyaların arxasında kilsə dayansa da bunu göstərməməyə cəhd edirlər:

"Bu açıqlama əsasən ona hesablanıb. Onlar 2018-ci ildə Paşinyanın küçə yürüşünü tətbiq etdilər və bu nəticə vermədi. Digər tərəfdən həmin ictimai dəstəyi qazana bilmədilər. Parlament binası blokadaya alsalar belə, bunun heç bir nəticə verməyəcəyi ortadadır. Bu məsələni parlament səviyyəsinə gətirdilər. Çoxluq Paşinyanın rəhbərlik etdiyi partiyadadır. Buna görə hökumətin buraxılması məsələsi ilə bağlı qanun layihəsi irəli sürüldü. Ermənistan qanunvericiliyinə görə, qəbul edilməli və bu mövzu müzakirəyə çıxarılmalıdır. Alen Simonyan bununla bağlı rəsmi qərar çıxardı. Ayın 17-də bununla bağlı müzakirələr ediləcək. Burada məsələnin texniki tərəfləri var. Hakim partiya faktiki olaraq həmin iclası boykot edəcək. Özləri bunu açıqlayıb. Hakim partiya orada iştirak etməyəcəyi təqdirdə kvorum təmin edilmir. Parlament sessiyasının keçirilməsi üçün kvorum lazımdır. Parlament iştirak etməyəcəyi təqdirdə bu kvorum təmin edilməyəcək. Nəticədə iclas olmayacaq. Bu hərəkətini edə biləcəyi son addımlar biridir".

Asif Nərimanlı bildirib ki, Hətta Ermənistan mediası yeni bir müzakirə ortaya çıxarıb. Belə ki, bundan sonra Baqrat nə edəcək yaxud nə etməlidir kimi xəbərlər tirajlanır. Bunun özü belə göstərir ki, onların edə biləcəyi addımlar bu qədərdir:

"Mənim fikrimcə, bu addımlar bir şəkildə müəyyən formada davam edəcək. Müəyyən toplantılar keçiriləcək, yürüşlər davam edəcək. Amma nəticə etibarilə proses getdikcə sönməyə doğru gedir. Qarşıdakı dövrdə daha açıq şəkildə görünəcək. Aksiyaların sona çatdığı deməzdim tamamilə aradan qalxacaq. Kiçikhəcmli də olsa, yürüşlər olacaq. Bundan sonra onların edə biləcəyi addımlar tükənib. Həm ictimai səviyyədə dəstək qazana bilmədilər, həm də parlament səviyyəsində hər hansı bir nəticə əldə etmələri mümkün deyil. Bundan sonra Baqratın ətrafında toplanan müxalifətin edə biləcəyi addım bütün müxalif partiyaların mandatından imtina etməsi ola bilər. Müxalif partiyaların mandatından imtina edilərsə, hesab edilir ki, bununla siyasi böhran yarana bilər. Bunun baş verə biləcəyi belə sual altındadır. Bu olsa belə, proseslərin inkişafında növbədənkənar seçkilər keçirilə bilər".

Siyasi şərhçi qeyd edib ki, bu halda mövcud müxalifətin yenidən parlamentin düşməsi də sual altında qalacaq. Çünki Paşinyan hakimiyyətində əvvəldən belə bir plan var:

"Növbədənkənar parlament seçkiləri keçirmək və hazırda "Respublika", "Mənim Şərəfim var", Ermənistan blokunun təmsil olunduğu yerlərinə Paşinyana yaxın müxalifətin tutmasını təmin etməkdir. Belə bir plan əvvəldən var. Ata biləcəkləri son addım kimi manatlarından imtina edərək siyasi böhran yaratmaq istəsələr bu da prosesin növbədənkənar seçkilərə getməsi ilə nəticələnə bilər. Ermənistan hakimiyyəti maksimum inzibati resurslardan istifadə edərək özünə yaxın müxalifəti parlamentə gətirə bilər və hazırkı müxalifətin sayını azaltmaq istiqamətində çalışırlar. Bu da onlar üçün bir problemdir. Hadisə və proseslərə diqqətlə baxdıqda, Paşinyanın devrilməsi planının tükəndiyini görürük".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1684   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər regionun siyasi reallığında yeni mərhələni təsdiqləyir" - AÇIQLAMA

Azərbaycan və Ermənistan ticarət əlaqələri qurub, bu da əldə olunmuş sülhün uzunmüddətli olmasından xəbər verir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılışında bildirib. Dövlət başçısı vurğulayıb ki, Bakı və İrəvan sülhə nail olublar, "təkcə kağız üzərində deyil

13 mart
.

Azərbaycanla Avropa arasında münasibətlər çoxşaxəlidir

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də ölkəmizə səfər etdi. Səfər tərəflər arasında siyasi dialoqun yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi. Keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında Prezidentlər regional vəziyyət, sülh prosesi, enerj

13 mart
.

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı paylaşım edilib - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Xocavəndin Xanoba kəndinə səfəri ilə bağlı paylaşım edilib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 mart
.

XIII Qlobal Bakı Forumu - Qlobal müzakirə platformasıdır

Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da elə ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan ölkəmizd

12 mart
.

İlham Əliyev: "Ermənistanla sülh yalnız kağız üzərində deyil"

"Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışınd

12 mart
.

"Qlobal Bakı Forumu - Azərbaycanın diplomatik gücünün dünyaya meydan oxuyan tribunası"

XII Qlobal Bakı Forumunda Prezidentin çıxışı dövlətimizin uzunmüddətli strategiyasının tezisləri idi. Bu gün Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da məhz ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar və mövcu

13 mart
.

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib. Qaynarinfo paylaşımı təqdim edir:

20 mart
.

Antonio Koştanın Azərbaycana səfəri başa çatdı

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb. Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəs

12 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi - Foto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Uca Allahdan hər kəsə möhkəm cansağlığı, bol sevincli anlar, səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət

20 mart