Minimum əməkhaqqı nəcə hesablanmalıdır? "İnsanların yaşam xərcləri təhlil olunmalıdır"- Açıqlama

Minimum əməkhaqqı nəcə hesablanmalıdır? "İnsanların yaşam xərcləri təhlil olunmalıdır"- AçıqlamaMinimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı ödəniş olmaqla, qanunla bu sahədə müəyyən edilən sosial normativdir. Məlum olduğu kimi onun mahiyyəti həmin əməkhaqqıya çalışan şəxsin öz minimum tələbatını ödəyə bilməsindən ibarətdir. Hazırda minimum əmək haqqı 345 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bəs, minimum əməkhaqqı nə qədər olmalıdır. Bu məbləğ necə hesablanmalıdır,

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Sonxeber.az-a açıqlama verib.

Sosioloq bildirib ki, Azərbaycanda insanların yaşam xərcləri elmi yolla təhlil olunmalıdır

"Azərbaycanda insanların yaşam xərcləri elmi yolla təhlil olunmalıdır. Hər bir ölkədə, xüsusi ilə Azərbaycanda insanların normal inkişafı üçün nə lazımdır. Bu siyahını bəzən tuturlar. Amma "keflərin necə gəldi" elə tuturlar.

Təklif etdiyim və dünyada yayılmaqda olan ahəngyol elmi bu sahədə konkret olaraq metod təklif edir. Yəni biz çalışmalıyıq ki, əhali ölkədə fiziki və mənəvi cəhətdən normal inkişaf etsin. Eyni zamanda hər kəs öz potensialını aça bilsin. Müəyyən və istədiyi əməklə çalışmaq imkanı olsun . Bu zaman biz ehtiyac paketini hazırlaya bilərik".

Əhməd Qəşəmoğlu bildirib ki, yalnız düzgün təhlillər aparıldıqdan sonra deyə bilərik ki, bizim ölkədə minimum bu qədər əməkhaqqına ehtiyac var:

"Yoxsa sovet vaxtında və ya ondan qabağ "acından ölməmək" adı ilə edilənlər köhnəlmiş metoddur. İnsan həyata gəlməyib ki, baramaqurdu kimi ancaq yemək yesin. İnsan həyata gəlib ki, kankret elmlə məşğul olsun. Ahəngyol elmi də bildirir ki, hər bir insanın fiziki sağlamlığı və mənəvi zənginliyi normal vəziyyətdə olmalıdır. Əməyə yararlı münasibət - yəni əmək sahəsində öz istədiyi şəkildə və potensialına uyğun olaraq bir əməklə məşğul olsun. Bunlar hesabladıqdan sonra biz deyə bilərik ki, bizim ölkədə minimum bu qədər əməkhaqqına ehtiyac var.

Bəzən belə bir yalnışlığa yol verirlir. Filan ölkədə əməkhaqqı bu qədərdir, başqa birində çoxdur və ya az. Bu aldadıcı rəqəmlərdir. Çünki hər bir ölkədə pulun alıcılıq qabiliyyəti var. Heç vaxt orta əməkhaqqı ilə müzakirə eləmək olmaz ki, filan ölkədə maaş yaxşıdı, filan ölkədə həyat şəraiti pisdir. Hər ölkədə hər pul vahidinin alıcılıq qabiliyyəti var. Bunlar elmi olaraq təhlil olunmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda bu istiqamətdə təhlillər getmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1975   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr