Pasient Xətai Estetik Klinikasının həkimi Adil Cümşüdovdan 10 min manatını tələb edir - Prokurorluğa şikayət

Pasient Xətai Estetik Klinikasının həkimi Adil Cümşüdovdan 10 min manatını tələb edir - Prokurorluğa şikayətBakı sakini E.İ. ilə Xətai Estetik Klinikasının həkimi Adil Cümşüdov arasında qalmaqal yaranıb.

E.İ. "Qaynarinfo"ya bildirib ki, klinikada bədən şəkilləndirmə əməliyyatı etdirib, lakin nəticə uğursuz alınıb.

Onun sözlərinə görə, əməliyyatı Adil Cümşüdov adlı həkim edib: "8 saat əməliyyatda olmuşam. Əməliyyatdan sonra baxdım ki, boğazım, sinəm, bütöv bədənim gematomadı. Halbuki mən sinə əməliyyatı etdirməmişəm. Və ən dəhşətlisi də o idi ki, bu qədər pul aldığı halda hər iki əməliyyati özü etməyib, asistentləri mənim üzərimdə praktika keçirmiş. Bədənin bütün nahiyələrində əyrilik var".

"Qol liposaksiyasından sonra qolum sarğılı oldugu halda qola sistem qoşublar. Nəticədə qollarım aşırı dərəcədə şişdi. Xəstəxanada çox laqeyid yanaşmalar gördüm. Əlavə gün ödədiyim halda dəhlizdə yatdım. Nə qədər qışqırıb çağırsam da, heç kəs yaxınlaşmadı. Bir ay sonra da əməliyyat olunan bütün bölgələrdə əyrilik olduğu nəzərəçarpacaq dərəcədə bilindiyi üçün narazılıq etdim. Yenidən korreksiya edəcəklərini bildirdilər", - deyə E.İ. bildirib.

Şikayətçi deyib ki, əməliyyata 10 min manatdan cox pulu çıxıb: "10 min manata yaxın pul vermişəm. Ödənişi vaxtlı-vaxtında etmişəm. Rosetlər və reseptə gülünc məbləğlər aldılar (600 manat). Bütün nahiyələrin əyri olduğunu bildikləri halda məni kovitasiya aparatına yönəltdilər, üç həftə sonra heç bir dəyişiklik olmadı. Lakin bir söz demədim. Yəni, özləri də etiraf edir ki, əməliyyat uğursuz keçib. Korreksiya əməliyyatının da nəticəsi olmadı".

E.İ-nin sözlərinə görə, ikinci əməliyyatdan sonra səhhətində də problemlər yaranıb.

Şikayətçi deyir ki, məsələ ilə bağlı iyunun 4-də klinikaya gedib: "Etirazımı bildirdim. Səsimin tonunu belə qaldırmadan şikayət edəcəyimi dedim. Adil Cümşüdov otaqda qışqıraraq dedi ki, nə eləmişəmsə, əcəb eləmişəm, get, kimə istəyirsən şikayət elə. Hətta məni şantaj elədi. Dedi ki, məndə fotoların var. Əməliyyatdan əvvəl çəkilən fotoları deyir. Mən bilmirəm bu adam kimə güvənir? Yəni, hesab edir ki, bu ölkənin yiyəsi yoxdur? Məgər, dərəbəylikdir? Mən məsələ ilə bağlı Respublika və Xətai prokurorluqlarına şikayət etmişəm. Pulumu geri istəyirəm, çünki yenidən əməliyyat olunmalıdır. Faktiki olaraq məni aldadıblar. Yenidən əməliyyat etməyi təklif etsələr də, razılaşmayacağam. Tələbim ondan ibarətdir ki, mənə vurduqları ziyanı geri versinlər, müalicəyə ehtiyacım var".

Şikayətçinin sözlərinə görə, baş verənlərlə bağlı artıq Respublika və Xətai Rayon Prokurorluğuna müraciət edib.

Qaynarinfo bu iddialarla bağlı Xətai Estetik Klinikası ilə əlaqə saxlayıb. Lakin klinikadan bu barədə danışmaq istəmədiklərini bildiriblər.

Həkim Adil Cümşüdov isə Qaynarinfo-ya bildirib ki, şikayətçinin iddiaları əsassızdır: "Pasient bizdən öncə bədən şəkilləndirmə və sarğı nahiyəsinin şəkilləndirilməsi əməliyyatı etdirib. Bizdən öncəki əməliyyatı sonrası sarğı nahiyəsində yaranmış deformasiyaları düzəltmək adı ilə pasientin sarğı nahiyəsinə hər iki bud aralıq nahiyəsindən beldən və qarından alınmış piy toxuması çökmüş hissələrə transfer edilib. Transfer edilən piy toxumasının 30 faizinin əriyə biləcəyi pasientə bildirilib və etdiyimiz əməliyyatdan 3 ay sonra kiçik korreksiya əməliyyatına təkrar ehtiyac görülüb, kiçik yaranmış çökəkliklərə yenidən kiçik həcmdə piy transferi edilib. Hazırda pasientin görünüşündə heç bir deformasiya mövcud deyil".

Adil Cümşüdovun sözlərinə görə, Elvira İsmayılovaya əməliyyat bölgəsinin masaj edilməsi və reabilitasiya dövrünün 6 aydan tez olmayacağı izah edilib.

"Pasientin bədənində heç bir nekroz, çürümə, infeksiya və çapıq toxuması görülməyib. Əməliyyat sonrası erkən dövrdə dəridə göyərmələrin olmağı və əməliyyat dəliklərindən bədən mayesinin qanlı su formasında az miqdarda axması normal haldır", - deyə həkim bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 856   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. bildirir ki, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr