"Evlərində olmuşam, amma mən öldürməmişəm" - 17 yaşlı Aysunun qətli

"Evlərində olmuşam, amma mən öldürməmişəm" - 17 yaşlı Aysunun qətliÖtən il Naxçıvan Muxtar Respulikasının Kəngərli rayonunda qətlə yetirilən 17 yaşlı Aysun İbrahimovanın cinayəti ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

"Qafqazinfo"nun məlumatına görə, bu yaxınlarda Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yeniyetməni öldürməkdə ittiham olunan 24 yaşlı Sərvin Məmmədova 15 il həbs cəzası verilib.

İstintaq Aysun cinayətini araşdırarkən dəhşətli faktların üstünü açıb. İstintaq materiallarında yazır ki, Sərvin Aysunla qonşu olsa da, aralarındakı tanışlıq avtobusda gedərkən yaranıb. Yolda Sərvin Aysunla yanbayan oturub, söhbət zamanı onun "instaqram" hesabını alıb.

Aysunun bir il sonra ölümünə səbəb olacaq hadisənin qığılcımı şantajlarla başlayıb. Belə ki, Sərvin onda olan görüntülərini atasına göndərəcəyi ilə hədələyərək Aysunla münasibəti davam etdirməyə çalışıb.

Hadisə günü…

Cinayət baş verən gün Sərvin gecəyarısı qızın evdə tək olduğunu bildiyi üçün onlara gəlib, Aysun razılıq verməsə belə, məcbur evə daxil olub.

Bu vaxt onlar arasında mübahisə başlayıb, Aysun oğlandan özünə məxsus şəkil-videoları telefonundan silməsini tələb edib. Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən, Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.

S.Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 157.2 (qanuni əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olma) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham verilib.

Amma təqsirləndirilən şəxs Aysunu öldürmədiyini deyir. O, ilkin istintaq vaxtı cinayəti boynuna alsa da, məhkəmədə inkar edib. Deyib ki, cinayəti məcbur edərək onun boynuna qoyublar. İttiham tərəfi ona Aysunun evində əl izlərinin tapıldığını xatırladıb. Sərvin isə Aysunun evində olduğunu, amma onu öldürmədiyini deyib. Cinayətin kim tərəfindən törədilməsindən də xəbərsiz olduğunu əlavə edib.

Aysunun hüquqi varisi qismində tanınmış atası isə təqsirləndirilən şəxsin dediklərinə inanmayıb. Hüquqi varis qızının Sərvin tərəfindən planlı şəkildə öldürüldüyünü deyib.

Hüseyn Məmmədovun sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsin dediklərini inandırıcı hesab etməyib. Hökmə əsasən, S.Məmmədov ittiham edildiyi maddələrlə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməsi şərti ilə 15 il azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 762   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr